Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Şahmat matçında kim qalib gələcək? Şimal qütbündə gərginlik artır

Şahmat matçında kim qalib gələcək? Şimal qütbündə gərginlik artır

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən soyuq bölgələrindən biri hesab edilən Arktika son illərdə təkcə iqlim dəyişikliyi səbəbindən deyil, həm də beynəlxalq gərginliyin artması ilə gündəmdədir. 

Qaynarinfo xəbər verir ki. ABŞ, Rusiya və Çin arasında strateji əhəmiyyət kəsb edən bu bölgə, son illərdə hərbi və iqtisadi maraqların toqquşma nöqtəsinə çevrilib.

Buzların əriməsi yeni imkanlar yaradır

Arktika qlobal istiləşmənin ən çox təsir etdiyi bölgələrdən biridir. NASA-nın məlumatına görə, "arktik amplifikasiya” adlanan bu proses nəticəsində 1979-cu ildə 7 milyon kvadrat kilometr olan dəniz buzları 2024-cü ilə qədər 4,4 milyon kvadrat kilometrə qədər azalıb. Buzların əriməsi ilə yeni ticarət yolları açılır və regiona maraq artır.

Xüsusilə Şimal Dənizi Marşrutu və Şimal-Qərb Keçidi, Asiya və Avropa arasındakı ticarət üçün mühüm əhəmiyyət daşımağa başlayıb. Məsələn, Şanxay-Rotterdam marşrutunda Süveyş kanalından istifadə etmək əvəzinə bu yeni yollar seçildikdə, səyahət müddəti 2 həftə qısalır.

Kanada artıq bu potensialı nəzərə alaraq, nəzarətində olan Şimal-Qərb Keçidində iki dərin su limanı tikməyi planlaşdırır.

Hərbi rəqabət və artan gərginlik

ABŞ və Rusiya arasında cəmi 85 kilometr genişliyində olan Berinq boğazı iki supergüc arasındakı hərbi və strateji qarşıdurmanın mərkəzinə çevrilib.

2023-cü ildə NATO üzvü ölkələr Arktikada genişmiqyaslı hərbi təlimlər keçirib. Rusiya buna cavab olaraq, Norveç, Finlandiya və İsveç sahillərində güdümlü raket sınaqları təşkil edib.

2024-cü ilin avqust ayında Rusiya və Çin bombardmançı təyyarələrini ABŞ-ın Alyaska sahillərinə yaxın uçuraraq güc nümayiş etdirib. Rusiyanın Ukraynaya hücumundan sonra Moskva Arktikadakı Sovet dövründən qalan hərbi bazalarını yenidən fəaliyyətə qaytarıb. Bu bazalardan ən əhəmiyyətlisi Nagurskoye bazasıdır. Burada yerləşən S-300 hava müdafiə sistemləri və Tu-95 strateji bombardmançı təyyarələri Rusiyanın bölgədəki gücünü artırır.

ABŞ və Kanada isə NORAD radar və müşahidə sistemlərini modernləşdirmək üçün planlar hazırlayır. Bununla belə, Alyaskada ağır konteyner gəmilərinin qəbulunu təmin edə biləcək dərin su limanlarının olmaması ABŞ-ın bölgədəki hərbi və iqtisadi imkanlarını məhdudlaşdırır.

Rusiya və Çin arasında Arktik ittifaqı

Rusiya və Çin arasındakı münasibətlər Ukrayna müharibəsindən sonra daha da güclənib. Çin, Rusiyanın Arktik bölgələrindəki enerji layihələrinə böyük sərmayələr qoyur. Məsələn, Yamal LNG və Arktik 2 LNG layihələrində Çin şirkətləri əsas investor və avadanlıq təminatçısıdır.

Bunun qarşılığında Rusiya Şimal Dənizi Marşrutundan keçən tankerlərlə Çinə neft və qaz tədarükünü artırır. 2024-cü ildə bu marşrutdan keçən gəmilərin sayı rekord səviyyəyə çatıb.

Arktikadakı hərbi əməkdaşlıq da genişlənir:

* 2023-cü ilin yayında Rusiya və Çin hərbi gəmiləri Alyaska yaxınlığında birgə patrul həyata keçirib.

* 2024-cü ilin oktyabrında Çin və Rusiya Arktikada ilk birgə sahil mühafizə əməliyyatını təşkil edib.

* Çin özünü "Arktikaya yaxın ölkə" elan edərək bölgədə daha çox iştirak etmək niyyətində olduğunu bəyan edib.

Trampın Qrenlandiya planı: ABŞ-ın strateji addımı?

Keçmiş ABŞ prezidenti Donald Tramp 2024-cü ilin yanvarında vəzifəyə başladıqdan sonra Arktika ilə bağlı strategiyaya xüsusi diqqət yetirib. O, 2019-cu ildə olduğu kimi yenidən Danimarkadan Qrenlandiyanı satın almaq istəyini gündəmə gətirib.

Qrenlandiya təkcə coğrafi mövqeyinə görə deyil, həm də nadir torpaq elementləri ilə zəngin olması səbəbindən strateji baxımdan böyük əhəmiyyət daşıyır. Bu elementlər müasir texnologiyalar, ağıllı telefonlar, elektrik avtomobilləri və hərbi texnika istehsalında mühüm rol oynayır.

Qrenlandiyanın şimalındakı buzlaqlar əridikcə, Rusiyanın hərbi gəmilərinin birbaşa Şimali Amerikaya keçməsi üçün yeni yollar açılır. Bu, ABŞ-ın bölgədə daha fəal olması üçün əsas səbəblərdən biridir.

Arktikada gələcəyin mənzərəsi: yeni münaqişə bölgəsi?

Buzlaqların əriməsi və yeni ticarət yollarının açılması Arktikanı sadəcə coğrafi olaraq deyil, həm də iqtisadi və hərbi baxımdan dünyanın ən mühüm bölgələrindən birinə çevirir.

ABŞ və Kanada müdafiə sistemlərini modernləşdirməyə və bölgədəki hərbi mövcudluğunu artırmağa çalışır. Rusiya və Çin bölgədəki enerji və ticarət imkanlarını genişləndirərək Arktikada güclü mövqeyə sahib olmaq istəyir. Danimarka və Kanada Arktikdəki sərhəd və resurslar üzərində hüquqi iddialar irəli sürür.

Bu amillər Arktikanı gələcəkdə daha da gərgin və mübahisəli bir bölgəyə çevirə bilər. Hazırda əsas sual budur: Soyuq müharibə dövrünün ən mühüm bölgələrindən biri olan Arktikada yeni qlobal qarşıdurma baş verəcəkmi? Bütün bunlar fonunda dünya gücləri arasında davam edən bu "şahmat oyunu"nun qalibini zaman göstərəcək.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri