Şahnaz Bədəlova: ÜST nin hesablamalarına görə havanın çirklənməsi ildə 7 milyon ölümə səbəb olur
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, havanın çirklənməsi qlobal miqyasda hər il təxminən 7 milyon vaxtsız ölümə səbəb olur. Buna görə də, şəhər mühitinin yaxşılaşdırılması təkcə ekoloji məsələ deyil, həm də əhalinin sağlamlığı və rifahı məsələsidir.
AZƏRTAC xəbər verir ki, bunu “Neyroşəhərsalma: Şəhərlər beynin formalaşmasına, davranışa və psixi rifaha necə təsir edir?” adlı paneldə çıxışı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova söyləyib.
O diqqətə çatdırıb ki, Azərbaycanda da şəhərsalma təkcə fiziki inkişafa deyil, həm də insanların rifahına və həyat keyfiyyətinə yönəlməlidir.
“Bakı şəhərinin Baş planına davamlı şəhər mobilliyi, yaşıl sahələrin genişləndirilməsi, ictimai nəqliyyatın inkişafı, həmçinin sahilyanı zonaların mühafizəsi, qarışıq istifadəli şəhər infrastrukturunun yaradılması və ictimai məkanların yaxşılaşdırılması ilə bağlı mühüm prioritetlər daxil edilib”,- deyə o əlavə edib.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Aydın Oktayoğlu
Baxış sayı:132
Bu xəbər 21 May 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















