Şahruddin Məhəmmədəliyev ən çox qurtarış edən qapıçıların siyahısına düşüb
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində ən çox qurtarış edən qapıçılar siyahısına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın statistik məlumatlarında qeyd olunub.
Belə ki, millimizin qolkiperi seçmə mərhələnin D qrupunda geridə qalan oyunların hamısında meydana çıxıb və ümumən 19 saxlama edib. Şahruddin bu göstərici ilə 82 qapıçı arasında 11-12-ci yerləri bölüşdürür.
Siyahıda ilk pilləni isə 34 qurtarışla San-Marino millisinin qapıçısı Edoardo Kolombo tutur. İkinci yerdə 30 qurtarışla Lixtenşteyn millisinin qapıçısı Benyamin Bühel, üçüncü pillədə isə 26 qurtarışla Andorra millisindən İker Alvares qərarlaşıb.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində indiyə qədər dörd oyun keçirən millimiz, bu oyunlarda 2 qol vurub, 11 qol buraxıb.


