Icma.az
close
up
RU
Şahruddin Məhəmmədəliyev: Rəqiblərimiz çox ciddi komandalar idi Müsahibə

Şahruddin Məhəmmədəliyev: Rəqiblərimiz çox ciddi komandalar idi Müsahibə

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ" ilin son görüşündə "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldi. Son matç sizin üçün necə alındı?
- Şükür Allaha qələbə qazanmağı bacardıq. Bizim üçün vacib matç idi. Qalibiyyət sevindiricidir. "Araz-Naxçıvan" yaxşı komandadır. Onlar əbəs yerə turnir cədvəlinin üst pillələrində qərarlaşmayıblar. Həqiqətən də, yaxşı komandadırlar və bunu da bütün matçlarda göstərirlər. Hər halda, biz ilin son görüşünü qalib başa vurmağı bacardıq.

- "Qarabağ" liderliyə və hegemonluğa davam edir. Böyük ehtimalla bu mövsümü də çempion kimi başa vuracaqsız. Demək olar ki, bu sezon öncəki ilə müqayisədə sizin üçün daha asan alınır?
- İndidən çempionluq haqda danışmaq çox tezdir. Çünki hələ mövsümün ilk yarısı başa çatıb. Qarşıda isə bizi mövsümün ikinci yarısı gözləyir, oyunlar çoxdur. Hər şey baş verə bilər. Arxayınlaşmaq qəti olmaz. Biz öz işimizə fokuslanmışıq və mövsümün ikinci yarısının oyunlarını düşünürük. 

- "Qarabağ"ın hazırda 5 qapıçısı var. Qolkiperlər arasında rəqabət necə gedir?
- Hər şey yaxşıdır. Biz hamımız komandanın uğurları üçün çalışırıq. Məşqlərdə də, oyunlarda da hər kəs "Qarabağ"ın yaxşı nəticəsi haqda düşünür. 

- Maraqlıdır, sizə başqa komandalardan təkliflər var, yoxsa yalnız "Qarabağ"da qalmağı düşünürsən?
- İndi bütün fikirlərim "Qarabağ"la bağlıdır. Məşqlərdə də, oyunlarda da belədir. Komandaya gücüm çatdığı qədər, maksimum dərəcədə kömək olmaq istəyirəm. Başqa heç nə haqda düşünmürəm. 

- Bu mövsüm "Qarabağ" avrokuboklarda o qədər də uğurlu çıxış etmir, nəticələrə baxanda, bunu görmək mümkündür. Səncə, nəyə görə belə alındı? Bəlkə, yeni formata öyrəşmək mümkün olmadı?
- Düzü, oyun sarıdan komanda heç də pis görünmürdü. Amma rəqiblərimiz çox ciddi komandalar idi. Güclü rəqiblərlə oynadıq. Üstəlik, bəli, siz dediyiniz kimi, format məsələsi də var. Bu yeni formatdır və ona öyrəşmək lazımdır. Allah qoysa, hər şeyin yaxşı olacağına inanıram. Çünki biz yaxşı komandayıq və mübarizəmizi davam etdirəcəyik. 

- Qarşıda daha iki oyun olacaq. FKSB və "Olimpiakos"la görüşlərdə qələbə qazanmaq mümkün olacaq?
- Bizim qarşıdakı oyunlarda da məqsədimiz qələbə qazanmaqdır. Ümumiyyətlə, "Qarabağ" olaraq məqsədimiz hər oyunda qalib gəlməkdir. Allah qoysa, bunun reallaşmasına çalışacağıq.

- Yeri gəlmişkən, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya, Ukrayna ilə eyni qrupda yer alacaq. Üçüncü rəqibimiz isə ya Fransa, ya da Xorvatiya olacaq. Bu qrupu millimiz adına necə dəyərləndirirsən?
- Bəli, millimiz çətin qrupda yer alıb. Son illərdə futbol çox güclü şəkildə dəyişib. Hamı çox güclü şəkildə artırıb, inkişaf edib. Biz bu qrupda da hər matçda sona qədər mübarizə aparacağıq. Bundan sonra nə olacağını görəcəyik. Biz mübarizə aparmağa davam edəcəyik.

Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb Azərbaycan klubunun 8 futbolçusu həbs olundu - SƏBƏB Cəlal Hüseynov yenidən "Şamaxı"da Gənclər və idman naziri: "Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək" Fərid Qayıbov: "Uşaq futboluna investisiya yatırmalıyıq"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://apasport.az
archiveBu xəbər 27 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri