Icma.az
close
up
RU
Şahruddin Məhəmmədəliyev: Təəssüf ki, heç nə alınmadı MÜSAHİBƏ İdman və Biz

Şahruddin Məhəmmədəliyev: Təəssüf ki, heç nə alınmadı MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibəsi

- Kollektiv məşqlərə artıq qoşulmusan? Müalicədən sonra özünü necə hiss edirsən?

- Özümü çox yaxşı hiss edirəm. Allaha şükürlər olsun, tam qüvvəmlə məşq etməyə başlamışam. Həqiqətən, sağlam olduğum üçün çox sevinirəm. Yüksək motivasiya və əhval-ruhiyyə ilə məşqlərə davam edirəm.

- Yəqin ki, tam hazır duruma gəldikdən sonra səni qarşıdakı turlarda meydanda da görə bilərik?

- Mən futbolçuyam və işim məşq etmək, formada olmaqdır. Kimin oynayıb-kimin oynamayacağına isə məşqçilər qərar verir. Mən sadəcə ən yaxşı şəkildə hazırlaşmağa çalışıram.

- "Qarabağ" Avropa Liqasındakı son oyununda Norveçdə "Bodo Qlimt"ə qalib gəldi. Bu qələbə dönüş nöqtəsi ola bilər və ya qələbənin ardı gəlməsi mümkündür?

- Bəli, Norveçdə çox vacib və olduqca da ağır qələbə qazandıq. Çünki rəqibimiz çox güclü komanda idi. Hər halda, "Bodo Qlimt"in necə kollektiv olduğunu hamı yaxşı bilir. Amma biz o cür səfərdən qalibiyyətlə döndük. Bu çox vacib idi.

- Növbəti turda isə rəqib "Lion"la qarşılaşacaqsınız. Fransa klubu ilə görüşdə qələbə qazanmaq mümkündür?

- Bilirsiz, adətən "Qarabağ" bütün oyunlara elə qələbə üçün çıxır. Hər halda, biz tanınmış və Fransanın böyük klublarından olan "Lion"a qarşı oynayacağıq. Əlbəttə ki, bu görüşdə əlimizdən gələni edəcəyik.

- Yeri gəlmişkən, bu gün Azərbaycan millisi Estoniya ilə qarşılaşacaq. Qalib gəlməsək, böyük ehtimalla yığmamız D divizionuna düşəcək. Yəqin ki, bu böyük uğursuzluq olacaq...

- Milli onsuz da hər zaman yüksək təzyiq altında oynayır. Bütün oyunlarda bizim uşaqlar sona qədər mübarizə apardılar, çalışdılar. Amma təəssüf ki, heç nə alınmadı. Yığmamıza sona qədər azarkeşlik edəcəyik. Ümidvaram ki, hər şey yaxşı alınar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri