Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Şair ömrünün bir günü Atilla Babəkoğlu yazır

Şair ömrünün bir günü Atilla Babəkoğlu yazır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Həyatda elə məqamlar, anlar, hətta günlər var ki, onun öz adı, öz tutumu, öz xatirəsi, bir sözlə özəlliyi olur. Onun  həyatımda belə günlərdən biri də Sumqayıtda ilin son ayının ilk həftəsində yaşadığı   zaman kəsiyidir. “

Bu sözləri oxucuları ilə görüşdə əməkdar jurnalist, tanınmış söz adamı Əbülfət Mədətoğlu dedi. O, vurğuladı ki, dekabr ayının 7-də Sumqayıtda təşkil olunan maraqlı bir görüş onun üçün 2024-cü ilin işıqlı bir səhifəsi kimi əzizdir və elə bu əziz günün də önəmi ondan ibarətdir ki, o ruh doğmalarının, sözü duyan və sözə dəyər verən yazarların, oxucuların, ictimaiyyət nümayəndələrinin yanında idi. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin və Sumqayıt Poeziya Evinin təşkilatçılığı ilə keçirilən bu görüşdə Azərbaycan ədəbiyyatının dəyərli imza sahibləri iştirak edirdilər. Yəni, professor Rüstəm Kamal, professor, şair-publisist Rafiq Yusifoğlu, əməkdar artist Nazir Rüstəm, yazıçı-publisist Ramiz Göyüş özlərinin iştirakı ilə tədbirə xüsusi bir ovqat qatmışdılar.

 Görüşü  Poeziya Evinin drektoru şair İbrahim İlyaslı açdı. Onun qonaq barəsindəki ətraflı təqdimatından sonra söz Əbülfət Mədətoğlu yaradıcılığı barəsində maraqlı fikirlər müəllifi olan ədəbiyyatşünas alimimiz, filologiya elmləri doktoru, professor Rüstəm Kamala verildi. Rüstəm müəllim iştirakçılara Əbülfət Mədətoğlunun şair və jurnalist kimi yaradıcılığından  danışarkən vurğuladı ki, bugünkü qonağımız sözlə, ustalıqla işləyən, onun ən incə nüanslarını oxucuya çatdırmağı bacaran maraqlı və istedadlı bir müəllifdir. Onun şeirlərindəki səmimiyyət dərhal oxucunu özünə çəkir. Mənə görə Əbülfət Mədətoğlunun şeirlərində səs və musiqi xüsusi mahiyyət kəsb edir. Elə bil ki, onun şeirləri musiqi sədaları altında səslənir. Bu da onun oxucularına imkan verir ki, şeirlərdən öz istədiklərini ala bilsinlər. Yəni, ruhu qidayla təmin olsunlar.

Görüşdə çıxış edən şair-publisist, professor Rafiq  Yusifoğlu qeyd etdi ki, mən Əbülfətin yaradıcılığı barəsində mətbuatda da çıxış etmişəm. Onun necə zəhmətkeş, sözə ömür həsr edən bir müəllif olduğunu yaxşı bilirəm. İş rejimindən də, fəaliyyətindən də məlumatlıyam. Çünki ikimiz də   “Azərbaycan Nəşriyyatı “- nda işləyirik. Onu da bildirim ki, Əbülfət Mədətoğlunun şeirləri istənilən mövzuda müəllifin oxucu ilə təmas qurmasına bir növü qapı açır, şərait yaradır. Yəni, Əbülfəti oxuyanda şeir bir növ səninki olur. Sən onu öz duyğularının ifadəsi kimi qəbul edirsən.

Çıxış etmək üçün söz alan  yazıçı-publisist Ramiz Göyüş öncə onu xatırlatdı ki, bu Poeziya Evi həm də söz ocağıdı. Burdakı şərait, burdakı görüşlər həmişə maraqlı olub. Və dəfələrlə burada olduğumdan şair dostumun görüşünün də maraqlı keçəcəyinə əminəm. Mən də onun yaradıcılığı barəsində fikirlərimi mətbuatda bölüşmüşəm. Və hər görüşümüzdə, söhbətlərimizdə mən Əbülfət Mədətoğlunun bütöv, halal bir söz sahibi olduğunun şahidi kimi bir daha əmin oluram ki, o həm də dəyərli bir türk şairidir – sözü ilə, duyğuları ilə, fikirləri ilə.

Məclisi idarə edən İbrahim İlyaslı sözü AYB-nin Sumqayıt bölməsinin rəhbəri Gülnar Cəmalətdinə verdi. Gülnar xanım da öz növbəsində qonağa xoş gəldin söyləməklə ona həm öz yaradıcılq  uğurlarına,  həm də digər söz adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Gülnar xanım qeyd etdi ki, Əbülfət Mədətoğlu bütün həmkarlarına qarşı həmişə öz diqqəti ilə seçilib. Onun qəlbində yaxşı sözə və sözlə işləyən hər kəsə böyük sayqı var.

Tədbirdə iştirak edən Fərhad Məhərrəmoğlu vurğuladı ki, Əbülfət bir qarabağlı və mənim bir eloğlum kimi həmişə diqqətimdə  olub. Mən onun yaradıcılığını maraqla izləyirəm, tez-tez şeirlərini sosial şəbəkədə  paylaşıram, məclislərdə səsləndirirəm. Onun şeirlərindəki Qarabağın ətri, nəfəsi mənə qaçqınlıq illərində bir təsəlli idi.

Böyük maraqla keçən tədbirdə çıxış edən söz adamları, oxucular, xüsusilə şairə  Aida Adıgözəl, Lilpar Cəmşidli, şair Elvin Əlizadə, Emin Piri, Süleyman Abdulla, əməkdar artist Nazir Rüstəm və digərləri qonaq barəsində səmimi duyğularını dilə gətirməklə yanaşı bugünkü tədbirin yaddaqalan olduğunu da xatırlatdılar. Hiss olunurdu ki, tədbirə qatılan hər kəs bu xoş anları yüksək dəyərləndirir və unudulmaz hesab edirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, tədbirin gedişi zamanı şairin sözlərinə bəstələnmiş mahnılardan bir neçəsini xalq artistləri Yalçın Rzazadə və İlqar Muradovun ifasında video-çarx formatında iştirakçılara təqdim olundu.

Tədbirin  sonunda şair-publisist  Əbülfət Mədətoğlu göstərilən diqqət  və  səmimiyyətə görə məmnunluq ifadə edərək  onunla  görüşə  gələn hər  kəsə , xüsusi ilə   iş  vaxtlarını onunla  görüşə həsr edən həkim dostları Ruslan bəyə  və Səlim bəyə  ürəkdən təşəkkür etdi. Və . oxuculara imzalı kitablarını bağışlayaraq   onlarla birlikdə xatirə şəkili çəkdirdi.

Tədbirə qonağın da gözləmədiyi halda qatılan şairin doğmaları Leyla və Lalə, həmçinin nəvələr həmin günü Əbülfət Mədətoğlu üçün unudulmaz etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see507

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see316

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see253

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see252

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see246

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see243

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see235

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see227

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see210

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see207

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see204

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see199

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see195

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see195

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see189

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see187

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see186

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see180

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see180

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri