Icma.az
close
up
RU
Ədəbiyyatşünas ömrünün dəyəri

Ədəbiyyatşünas ömrünün dəyəri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bədirxan Əhmədli – 70

Tanınmış ədəbiyyatşünas, AMEA Ədəbiyyat İnstitutu Azərbaycan–Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin anadan olmasının 70 illiyini ölkənin elmi-mədəni ictimaiyyəti alimin çoxillik səmərəli fəaliyyətinə, göstərdiyi sanballı xidmətlərə yüksək qiymət və qədirbilənliklə qeyd edir. 

AMEA Mərkəzi Elmi Kitabxanasında yubiliyarın işıq üzü görmüş yeni əsərlərinin – “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı ədəbi diskurslar” (Seçilmiş məqalələr), “Bir ömrün missiyası” və “Rabindranat Taqor: Nobelə gedən yol” (ingilis dilində) kitablarının təqdimatı Bədirxan Əhmədlinin yaradıcılığının məhsuldar dövrünə elmi-ictimai baxışa çevrildi.

Mərasimi giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlinin həyat və yaradıcılığından, çoxşaxəli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi sanballı töhfələrdən danışdı.  Görkəmli ədəbiyyatşünas bildirdi ki, professor Bədirxan Əhmədli XX yüzil Azərbaycan ədəbiyyatının mərhələli və sistemli şəkildə tədqiqinə yönəlmiş sanballı əsərlərin müəllifidir. O, Azərbaycanla yanaşı, türkdilli xalqların ədəbi irsinin əsryarımlıq dövrünü əhatəli araşdırıb, elmi-nəzəri baxımdan mükəmməl təhlil edib. Alim bu xalqların tarixi və ədəbiyyatı ilə bağlı apardığı ­tədqiqatlarla ümumtürk elmi mühitinin sərhədlərini aşmağı bacaran istedadlı ədəbiyyatşünas olduğunu sübuta yetirib.

“Professor Bədirxan Əhmədlinin milli ədəbiyyatşünaslıqda özünəməxsus araşdırma arealı və mövzuları olduğunun önəmli  göstəricisi Azərbaycan ədəbiyyatı tarixini problemlər üzrə öyrənməsidir”,– deyən AMEA rəhbəri alimin əsərlərində satira janrının inkişafı, ədəbiyyatın ideya-estetik yönləri və ictimai düşüncəyə təsiri kimi məsələlərin aparıcı yer tutduğunu söylədi. Akademik əlavə etdi ki, alim Azərbaycan satirasının həm tarixi köklərini, həm də XX əsrdəki inkişaf mərhələlərini və ­dövrlərini yüksək elmi nəzəri səviyyədə öyrənib sistemləşdirməyi bacarıb. 

AMEA prezidenti Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi məsələsi ilə də məşğul olan professor Bədirxan Əhmədlinin “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” adlı monoqrafiyasından da bəhs edərək, bu əsərdə yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxışın ifadə olunduğunu qeyd etdi: “Bədirxan Əhmədlinin yaradıcılığının önəmli bir sahəsi də XX əsrin əvvəllərindəki demokratik inkişaf tariximizi, istiqlal məfkurəmizi, milli ədəbiyyatımızı və mətbuatımızı azərbaycançılıq platformasında öyrənməsidir.

Akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlinin təqdimatı keçirilən kitablarını alimin növbəti elmi hesabatı kimi dəyərləndirdi. O, məhsuldar elmi fəaliyyəti və 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təntənəli surətdə alimə təqdim etdi.

Yubilyarın həyat və yaradıcılığı barədə məruzə edən Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Asif Rüstəmli bildirdi ki, ömrünün 40 ildən çoxunu elmə və təhsilə xidmət edən görkəmli ədəbiyyatşünas, tənqidçi Bədirxan Əhmədli zəngin yaradıcılığı ilə respublikamızla xarici ölkələr arasında körpü salan alimlərimizdəndir. O qeyd etdi ki, problem müxtəlifliyi ilə seçilən XX əsr Azərbaycan ədəbiyyatının dərin bilicisi və tədqiqatçısı olan Bədirxan Əhmədli milli ədəbiyyatşünaslıq elminə dəyərli töhfələr verib. Alimin mühacirət ədəbiyyatı, orta Asiyanın əksər xalqlarının ədəbiyyatı, İstiqlal mücadiləsi, cümhuriyyət dövrü ədəbiyyatının öyrənilməsi istiqamətindəki tədqiqatları ədəbiyyatşünaslıq elmimizə yeni mövzu və keyfiyyət gətirib.

Elmi məclisdə görkəmli ictimai-siyasi xadim Həsən Həsənov, akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev, Hamlet İsaxanlı, Məmməd Əliyev, Məhərrəm Qasımlı, Nizami Məmmədov, filologiya elmləri doktorları Elnarə Akimova, Bəsirə Əzizəli, “Kredo” qəzetinin baş redaktoru, şair-publisit Əlirza Xələfli  yubiliyarın yaradıcılığının müxtəlif yönlərinə nəzər saldılar, təqdim olunan kitabların elmi-nəzəri dəyərinə diqqət yetirdilər. 

“Xalq qəzeti”nin baş redaktoru, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Əflatun Amaşov Bədirxan Əhmədlinin ötən illərdə müxtəlif media qurumlarında uğurlu fəaliyyətinin, geniş publisistik yaradıcılığının onun bioqrafiyasında dəyərli yer aldığını söylədi. Media qurumu rəhbəri bu xidmətinə görə təltif edildiyi Mətbuat  Şurasının yubiley diplomunu Bədirxan Əhmədliyə təqdim etdi.

Özbəkistanın Fərqanə Dövlət Universitetinin alimi Əkbər Sadinov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Qars Qafqaz Universitetinin nümayəndəsi Könül Qulusoy, Daşkənd Uluqbəy adına Milli Universitetin əməkdaşları ədəbiyyatşünas alimi 70 illik yubileyi münasibətilə təbrik etdilər.

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Nəcibə Arif, Pakistan İslam Respublikasının Müslim İnstitutunun direktoru, doktor Sahibzadə Sultan və Qırğızıstan–Türkiyə Manas Universitetinin alimi videoçarx vasitəsilə professor Bədirxan Əhmədliyə təbriklərini ünvanladılar.

Sonda  professor Bədirxan Əhmədli ömür yoluna, xidmətlərinə verilən yüksək dəyərə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi. O deyilən xoş sözləri bundan sonrakı fəaliyyəti ilə cavablandıracağını söylədi.

Tahir AYDINOĞLU
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri