Icma.az
close
up
RU
Şairlər yurdunun əli fırçalı oğlu Nəvai METİN

Şairlər yurdunun əli fırçalı oğlu Nəvai METİN

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əkbər QOŞALI

Ən azı XX yüzilliyin ikinci yarısından etibarən ədəbiyyatın, özəlliklə poeziyanın paytaxtı, ata ocağı sayılan Qazaxın bir yaradıcı oğlu da var ki, o, şeir yazmır, rəsm çəkir - başqa sözlə, şeiri fırça ilə yazır… Yəni Qazaxlılığını rəngləri danışdıraraq, büruzə verir... Onun adı Nəvaidir – özü kimi qədim, özü kimi millidir və ulu Türküstan ruhludur bu ad. Rəngi də görkəmi, yerişi-duruşu, səsi-sovu kimi türkdür, türkcədir... Sinəsində Qazaxdan uzaqlarda da, hər gün Qazaxdan keçən Ürək döyünür, baxışlarında Azərbaycanın torpağının arzusu - minbir rəngi var, əsərlərində isə bütün Türk dünyasının nəfəsi dolaşır…

Nəvai METİNin sənəti nə yalnız boyadır, nə də sadəcə forma. Onun tabloları bir çağırışdır – ruhumuza, yaddaşımıza, tarixi köklərimizə ünvanlanan vizual bir and yeridir. Yer deyirəm… lap torpaq da deyə bilərik, dağ da. Amma nə qəribədir – onun dəniz mövzulu tablolarında, sanki, dağlardan daha çox doğmalıq var… Bu, bəlkə də, dədə-babalarımızın dağlardan dənizlərə at qoşması ilə ruhi bağlılığın şəkillənmiş halıdır… Bu, ən azı, Qazaxdan keçib Xəzərədək dayanmayan Dəli Kürün arxasınca gəlməyin rəmzləşməsi, təcalla tapmasıdır…

Hər əsərində bir mif var, hər fırça vurusunda bir nəsil nəfəsi... Baxırsan – bir göz yaşı düşür, o biri əsərində gülən adamlar cəm olub, başqa bir küncdə çarpışan qılıncın səsi gəlir, bir yerdə isə ana laylası süzülür… Bu, təsvir deyil, bu – təcəssümdür. Nəvainin yaradıcılığı Azərbaycan təsviri sənətində bir xas istiqamətdir, Türk dünyasına və bütün dünyaya sənət əli uzatmaqdır...

O, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisidir – bu, sadəcə təşkilati görəv deyil. Bəli, bu, Türk Dünyasının sənət ruhunu özündə daşımaq, fırça ilə soydaşına qardaşlıq əli uzatmaq sorumluluğudur. O, bu sorumluluğu həm də ruhuna hopdurub. Nəvai Metinin əsərləri sınır tanımır – fiziki sınırları deyil, milli-mənəvi sınırları aşır, aşır, aşır...

Qazaxdan başlayan sənət yolu, İstanbulda, Ankarada, İslanabadda, Lahorda, Bişkekdə, Almatıda, Astanada öz izini buraxıb. Onun “rəsm dili” bir növ qardaş dillərin ortaq fonundakı sənət dilidir. Bu dilin adı – türk koloritidir.

Dəfələrlə söyləmişik – bu torpağın şairləri gözəlliyi sözə çevirər, amma bəzi oğullar var ki, gözəlliyin özünü rəngə çevirər. Nəvai Metin həmin oğullardandır. Qazaxın əli qələmliləri olduğu kimi, rənglə danışanları da var və Nəvai bu sıranın ön cərgəsind dayanır.

Altmış illik ömür – altmış addımlıq sənət yolu demək deyil. Bu, ruhun zamandan üstün olduğu, fırçanın taleyə çevrildiyi bir yolçuluqdur.

Bu fırça – yad rəngləri yox, türk ruhunun kölgəsini çəkir.

Bu imza – qələmdən yox, könüldən gəlir.

Bu sənət – zamana yox, milli yaddaşa yazılır.

Nəvai Metin – yalnız rəssam deyil. O, türk ulusunun gözlə görünən, könüllə sezilən rəngli sözdür. Bir mədəniyyət elçisidir o.

Sənətkar, ruhun işıqlı, fırçan sulu boyalı, yolun açıq olsun!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri