Icma.az
close
up
RU
Sakin Bakıda canavar gördüyünü iddia edir Bəs reallıq nədir?

Sakin Bakıda canavar gördüyünü iddia edir Bəs reallıq nədir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhər Qaradağ rayonu Sahil qəsəbəsi sakini Əlimirzə Hüseynov yaşadığı küçədə canavar gördüyünü iddia edib.

O, Oxu.Az-a ünvanladığı müraciətdə qeyd edib ki, sözügedən qəsəbənin Vaqif Ələkbərov, 1A küçəsində sahibsiz itlərlə yanaşı, canavarlar da peyda olub.

Sakin yaranan təhlükəli vəziyyətdən narahat olduğunu söyləyib:

"Qaradağ rayonu Sahil qəsəbəsində sahibsiz itlərin çoxalması ən böyük problemlərimizdən biridir, neçə dəfə şikayətlərə baxmayaraq, bu itlər barəsində heç bir tədbirlər görülməyib. İndi isə bu itlərin arasında artıq canavarlar peyda olmağa başlayıb. Sahibsiz itlərə görə gərgin həyat tərzi sürən əhalinin vəziyyəti indi bu canavar təhlükəsinə görə daha da gərginləşib. Bu videonu özüm çəkmişəm, videoda göründüyü kimi, bu canavarlar hələlik heç bir insana hücum etmirlər, amma bu onu təkzib etmir ki, bu canavarlar bir gün insanlara hücum etməyəcək".

Sözügedən videonu təqdim edirik:

Məsələ ilə bağlı Qaradağ Rayonu İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Maraqlıdır, bəs görəsən, Bakı şəhərində canavara rast gəlinə bilərmi?

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Oxu.Az-a açıqlamasında qeyd edib ki, son zamanlar itlərin yeni cinsləri ortaya çıxıb, bunlar canavara bənzədilir:

"Ötən əsrin ikinci yarısından etibarən artıq yeni it cinsləri ortaya çıxıb. Bunlar da canavara oxşayırlar. Ruslar buna "volkasob" (canavarla itin qarışığı) deyirlər. Məsələn, Çexiyada belə itlər var, baxanda canavara bənzədilir. Mütəxəssis gözü ilə baxmasan, it olduğunu başa düşmək olmur.

İt quyruğunu qıvırır, onun alnı canavarın alnından enli olur. Bunu da yalnız mütəxəssis gözü ilə baxdıqda müşahidə etmək olur. Hətta canavar görən kənd sakini belə, bəzən bu iki canlını ayıra bilmir".

O bildirib ki, vaxtilə Bakıya canavarlar gəlirmiş:

"Bakıətrafı ərazilər yarımsəhradır. Buranın özü elə vaxtilə canavarların məskəni olub. Keçən əsrin əvvəllərində Bakıya canavarlar indiki Qurd qapısından gəlirmişlər. Elə buna görə də həmin ərazinin adı "Qurd qapısı" qalıb.

Ümumiyyətlə, canavarların gəlməsi normaldır.

Canavar bir neçə səbəbdən insan məskənlərinə gələ bilər. Yırtıcı heyvanları insan məskənlərinə cəlb edən məişət tullantılarıdır. Onun qoxusunu uzaqdan hiss edən çaqqallar, canavarlar, tülkülər, ayılar və s. gəlirlər. Bu praktika dünyanın hər yerində mövcuddur. Canavar çöldə gərək saatlarla dovşan, ceyran tutub qidalansın, amma gəlib məişət tullantısından özünə qida tapır, bu isə daha rahat başa gəlir.

Həmçinin canavar yaşlı, xəstə olduqda, özünə qida tapa bilmədikdə gələ bilər. O da rahat qida axtarışına çıxır. Canavar yalnız sürü halında yaşamır. Yalquzaq canavarlar da var ki, tək yaşayırlar. Ola bilər ki, xəstədir, beyin idarəetməni itirib, belə olanda insan məskəninə gələ bilər".

Elşad Əsgərovun sözlərinə görə, quduzluq xəstəliyinə yoluxmuş canavar insana hücum etsə, təhlükə yarada bilər:

"Xəstə heyvan özünü idarə edə bilmir. Bu zaman hücumlar ola bilər. Lakin normal halda canavar insandan qaçır. İstisna hal kimi özünü təhlükədə hiss edərsə, hücum edə bilir".

Elşad Əsgərov vətəndaşın göndərdiyi videonu analiz edərkən bildirib ki, görüntüdə qeydə alınan heyvan canavar deyil, Sibir haskisi ilə küçə itinin qarışığından ərsəyə gələn itdir.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri