Icma.az
close
up
RU
Sakinlərin neçə faizi Azparking dən narazıdır? RƏQƏMLƏR AÇIQLANDI

Sakinlərin neçə faizi Azparking dən narazıdır? RƏQƏMLƏR AÇIQLANDI

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Son bir il ərzində "Azparking" ödənişli parklanma xidmətinə ictimai münasibətdə nəzərəçarpan dəyişiklik baş verib.

Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə verilən məlumata görə, 2024-cü ilin dekabrında respondentlər arasında keçirilən sorğu zamanı vətəndaşlar ödənişli parklanma sisteminə daha çox ehtiyatla və ya mənfi yanaşdıqları halda, 2025-ci ilin sonuna doğru bu münasibət müsbət istiqamətdə dəyişib.

Daha dəqiq desək, "Azparking" xidmətini bəyənənlərin payı 31,6 faizdən, 46 faizə yüksəlib, eyni zamanda xidmətdən narazı olanların payı 60,5 faizdən 45,5 faizə enib. Bu dinamika göstərir ki, zaman keçdikcə daha çox sakin parklanmanın tənzimlənməsində bu sistemin müəyyən üstünlüklərini qəbul etməyə başlayır.

Müsbət dəyişikliyin əsas səbəblərindən biri vətəndaşların yeni qaydalara adaptasiyası ilə əlaqələndirilir. Mobil tətbiq və SMS vasitəsilə ödəniş mexanizminin daha anlaşılan olması, habelə bəzi ərazilərdə nizamsız parklanmanın azalması sakinlər tərəfindən müsbət qiymətləndirilir. "Azparking" sistemi ilkin mərhələdə yenilik kimi qəbul edilsə də, hazırda gündəlik şəhər həyatının funksional elementlərindən birinə çevrilir.

Sorğu nəticələri onu da göstərir ki, ödənişli parklanma mexanizmi hələ də ictimai müzakirə mövzusu olaraq qalır. Bununla belə, ictimai rəyin mənfi mövqedən neytral və qismən müsbət istiqamətə doğru dəyişməsi sistemin mərhələli şəkildə qəbul edildiyini göstərir.

Ümumilikdə, MTM-nin apardığı təhlil belə nəticəyə gəlməyə əsas verir ki, ödənişli parklanma sisteminin təkmilləşdirilməsi və şəffaflığın artırılması halında ona ictimai dəstək gələcək dövrdə daha da arta bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Dekabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri