Icma.az
close
up
RU
Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər

Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar Bakının müxtəlif ərazilərində plana düşən binalarla bağlı suallar artır. Bəzi hallarda sakinlərə əvvəlcədən xəbər verilmədən bina plana salınır, bəzən isə söküntü qərarı açıqlansa da, illərlə heç bir real addım atılmır. Vətəndaşlar ya kompensasiyanın ədalətli olmadığını bildirir, ya da müqavilə bağladıqları tikinti şirkətindən illərlə xəbər ala bilmirlər.

Bir bina və ya ərazi necə plana salınır? Planlaşdırma hansı meyarlara əsasən aparılır?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, paytaxtda şəhərsalma ilə bağlı qərarlar müxtəlif formada verilir:

“Bakının Baş planı nəzərə alınmaqla, qərarlar qəbul olunur. Paralel olaraq, həmin istiqamətdə şəhərsalma tədbirləri ilə bağlı görüləcək işlər sosial-iqtisadi inkişaf proqramlarına daxil edilir və təsdiq olunur. Ardınca proqramların icrası müvafiq icra hakimiyyəti orqanlarına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, rayon icra hakimiyyətlərinə, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və sair göndərilir. Söküntü prosesi həyata keçirilərkən ilk növbədə binanın tikildiyi dövrdə onun mövcud fiziki vəziyyəti, aşınma və köhnəlmə göstəriciləri, digər yaşayış minimumunun tələblərinə uyğun olub-olmaması nəzərə alınır, dövlət ehtiyacı üçün ərazi üzrə infrastruktur işlərinin görülməsi kimi məsələlər təhlil olunur”.

Ramil Osmanlı

Ekspert bildirib ki, qanunvericilikdə sakinlərin öncədən məlumatlandırılması nəzərdə tutulmayıb:

“Mülkiyyət hüquqlarına uyğun olaraq, söküntü ilə bağlı dövlət ehtiyacları üçün alınma barədə qərar qəbul olunursa, mütləq bu haqda sakinlərə bildiriş və məlumatlar göndərilir. Qiymətlə bağlı məsələlərə gəldikdə isə, bu istiqamətdə müzakirələr, mübahisələr həddən artıq çoxdur. Dövlətin apardığı söküntü proseslərində daha çox müstəqil qiymətləndiricilər cəlb olunur. Daha sonra prosesə başlanılır. Ola bilər ki, müəyyən edilən qiymətdən tərəflərdən biri və ya heç biri razı qalmasın. Lakin həmin zaman ərazi üzrə bazar qiymətləri nəzərə alınır”.

Vəkil Asim Abbasovun sözlərinə görə, ölkədə qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi barədə Nazirlər Kabineti qərar qəbul edir və bunun icrası yerli icra hakimiyyəti orqanına tapşırılır:

Asim Abbasov

“Qərar əsasında rayon ərazisində sökülməli olan binaların dəqiq dairəsi müəyyən edilir, söküntü işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq sərəncam verilir. Hər hansı bir bina baş plan, şəhərsalma sənədləri əsasında və icra hakimiyyətinin təşəbbüsü ilə söküntü planına salına bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri