Icma.az
close
up
RU
Salah bir paylaşımla müsəlmanları qəzəbləndirdi

Salah bir paylaşımla müsəlmanları qəzəbləndirdi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul”un hücumçusu Məhəmməd Salah sosial şəbəkələrdə evində qurulan bayram yolkasından fotolar paylaşdığına görə tənqidə düçar olub.

"Football-plus.az" xəbər verir ki, müsəlmanlar Milad bayramını təntənəli şəkildə qeyd etməsələr də, misirli ulduz artıq neçənci dəfə izləyicilərini bu münasibətlə təbrik edir və dərhal da auditoriyanın bir hissəsində neqativ reaksiya doğurur.
“Liverpul”un ulduzu bu il qızlarının – 11 yaşlı Məkkə ilə 5 yaşlı Kayanın fotolarını paylaşıb. Qızlar şarlarda bəzədilən, üzərinə böyük qırmızı lent sərilən yolkanın önündə əyləşib. Hücumçu paylaşımın altında lakonik şərh yazıb – ürək emodzisi qoyub və “Milad bayramınız mübarək” həştəqini qoyub.
Məhəmməd özü fotoda yoxdu, axı hazırda Afrika Millətlər Kuboku davam edir, o da turnirə qatılıb. Salahın yolkanın da yer aldığı paylaşımı sosial şəbəkədə ilk dəfə görünməsə də, islam dininə sitayiş edənlər yenə də buna yetərincə neqativ yanaşır.
İzləyicilərdən biri belə yazıb: “Düşünürdüm ki, bizim inancımızda qadağan olunan bu bayramı qeyd etməyəcəksiz”. Bir başqası belə yazıb: “Mo, mən səni özümə kumir sayırdım. Heç vaxt “Mançester Siti”də oynamasan da, məni – “Siti” azarkeşini ruhlandırırdın. Ancaq bu paylaşımdan sonra səni daha özümə kumir saya bilmərəm. Ürəyimi parçaladın. Bu tviti silməsən, izləyicilərin sırasından çıxacam”.
Daha sərt reaksiyalar da var: “Qardaş, özün naminə Allahdan qorx – sən müsəlmansan, milyonlarla adam səni izləyir və sevir. Onların böyük əksəriyyəti islam inanclıdı, ancaq onlar gəncdi, sənin etdiklərini normal sayacaq. Bu isə böyük günahdı, əvvəllər belə olmurdu, bunun müsəlmanlara dəxli yoxdu”.
Ancaq Salahın paylaşımını müsbət qiymətləndirən istifadəçilər də var. İzləyicilərdən biri belə yazıb: “Müxtəlifliklərə dözümlü yanaşsaq, dünya daha yaxşı olacaq”. İstifadəçilərdən birinin qeydi: “Bilirsizmi, mən dekabrın 1-dən bəri bu fotonu gözləyirdim. Görməyimə şadam. Həm Salahı sevənlər, həm də nifrət edənlər söz-söhbətə başlayıb. Mo, heç vaxt adamı məyus etmirsiz. Sizin qəlbinizdə olan sevincin ailənizin və bütün dünyanın qəlbini bürüməsi üçün dua edəcəm. Allah sizi qorusun”.
“Liverpul” fanatları bir müddət əvvəl komandanın premyer-liqadakı uğursuzluqlarını hətta Salahın təbrikləri ilə bağlayırdı. Guya Mo Miladdan sonra auditoriyanın neqativ reaksiyasını görərək pis oynayır və komanda mövsümü 1-ci yerdə başa vura bilmir. Misirlu ulduz ötən il bu nəzəriyyəni yerlə yeksan etdi: həmin vaxt da ona “islama xəyanət edən” deyirdilər, ancaq bu məqam nəticələrdə əksini tapmadı. Milad fotosundan sonra da hücumçu mövsümün ikinci hissəsini yaxşı keçirdi və Arne Slotun rəhbərlik etdiyi komanda çempion oldu.
Elə indi də Monun mənfi məqamlara baş qoşmaq üçün vaxtı yoxdu. Axı Misir yığmasını Afrika Millətlər Liqasında qalib etməyə çalışır. Turnirdə keçirdiyi ilk iki oyunda qələbə qazanan “fironlar” artıq 1/8 finala qələbə qazanıb. Salah isə həm Zimbabve (2:1), həm də Cənubi Afrika (1:0) ilə oyunda qol vurub. Belə görünür ki, “Liverpul”un heyətində ehtiyat oyunçular skamyasında oturmaq Məhəmmədi idman formasından salmayıb. O, indiyə qədər Misir yığmasının heyətində 65 qol vurub. Mo bu göstəricidə Afrikada ən yaxşılardandı. Cənubi Afrika ilə oyunda 65-ci qolunu vurmaqla Kot-d’İvuar yığmasının sabiq ulduzu Didye Droqbaya çatdı.
Yığmada daha çox qol vuran bütün afrikalılar karyerasını bitirdiyinə görə bu siyahıda birinci yerə yüksəlmək misirli ulduzun öz əlindədi. Zambiyadan olan rekordçu Qodfri Çitalunı (79) arxada qoymaq üçün Salah daha 15 qol vurmalıdı. Malavidən olan Kinnah Firi 71, misirli Hossam Həssən 69 dəfə fərqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:319
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri