Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
Icma.az bildirir, Qol.az portalına istinadən.
Türkiyə Superliqasında 2-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, "Trabzonspor" öz meydanında "Başakşehir"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 8-ci dəqiqədə "Trabzonspor"un yeni transferi Məhəmməd Salah açıb. Qonaqlar 19-cu dəqiqədə Eldor Şomurodovun penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə E.Muçinin məhsuldar ötürməsini dəqiq tamamlayan Salah yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasına həlledici qələbəni qazandırıb.
23 avqust
"Trabzonspor" - "Başakşehir" - 2:1
Qollar: M.Salah, 8, 48 - E.Şomurodov, 19-pen.
Qeyd edək ki, 34 yaşlı misirli hücumçu Türkiyə Superliqasında ilk qollarına imza atıb. Bu, onun “Trabzonspor”un heyətində üçüncü oyunu olub.
Xatırladaq ki, Məhəmməd Salah bu yay “Liverpul”dan ayrılaraq azad agent kimi “Trabzonspor”a keçib və klubla 2 illik müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 23 Avqust 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















