Icma.az
close
up
RU
Salah qayıtdı və ...tarixə düşdü

Salah qayıtdı və ...tarixə düşdü

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

İngiltərə çempionatının 16-cı turunda ''Liverpul'' ''Brayton''u qəbul etdi. Qalmaqallı açıqlamalarından sonra həftəiçi ÇL matçında iştirak ərizəsinə salınmayan Məhəmməd Salah bu dəfə oyundan öncə baş məşqçi Arne Slotla təkbətək söhbət edərək ''buzları əritdi''. Salah oyuna ehtiyat oyunçular skamyada başlasa da, artıq 26-cı dəqiqədə zədə alan Co Qomesin əvəzinə meydana çıxdı. ''Liverpul''un 2:0 qalib gəldiyi görüşdə əsas qəhrəman dubl edən Uqo Ekitike oldu. Fransalı forvardın ikinci qolunda Salah hesabına məhsuldar ötürmə yazdı. Məhz bu ötürmə ona birdən-birə iki mühüm göstəriciyə nail olmağa imkan verdi. Birincisi, misirli ulduz premyer-liqada ümumilikdə 280-ci qolun vurulmasında yaxından iştirak etdi (190 qol, 90 məhsuldar ötürmə)! Bununla da, o, premyer-liqada ən çox qolun vurulmasında yaxından iştirak edən futbolçuların siyahısında Frenk Lempardı (279, 177+102) geridə qoyaraq 3-cü pilləyə yüksəldi. İndi Salah bu göstəricidə yalnız Ueyn Runi (311, 208+103) ilə Alan Şirerdən (324, 260+64) geri qalır. İkinci önəmli göstərici isə odu ki, Salah premyer-liqa tarixində bir klubun heyətində yaxından iştirak etdiyi qolların sayına görə liderliyə yüksəldi. 33 yaşlı vinger konkret ''Liverpul''da İngiltərə futbolunun elitasında 188 qol, 89 məhsuldar ötürməlik möhtəşəm performans ortaya qoyaraq 277 qolun vurulmasında yaxından iştirak edib. Bu göstəricidə isə Salah Runini geridə qoyaraq yeni rekordun sahibi oldu. Salahın mövsümün qalan hissəsində bu rekordu bir qədər də yaxşılaşdıracağı gözlənilir. Runiyə gəlincə o, ''Mançester Yunayted''in heyətində premyer-liqada 183 qol, 93 məhsuldar ötürmə ilə 276 qolun vurulmasında yaxından iştirak edib. Onu da bildirək ki, Salah premyer-liqada ''Liverpul''dan başqa ''Çelsi''də də forma geyib. Amma o, 2014-ün yanvarında gəldiyi və 2015-in yanvarında tərk etdiyi londonluların heyətində yalnız 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənə bilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri