Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Tikinti sektorunda yeni dələduzluq (Video)

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Türkiyə böyük hesabla məğlub oldu

“Liverpul” derbidə xal itirdi, Salah tarixə düşdü

“Liverpul” derbidə xal itirdi, Salah tarixə düşdü

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

15-ci turun Liverpul derbisi təqvimdə nəzərdə tutulan vaxtdan təxminən iki ay sonra keçirildi.

David Moyes “sükan arxasına” keçəndən sonra “Everton” yaxşı sürət yığıb və artıq təhlükəli zonadan uzaqlaşıb. Həftəsonu ölkə kubokunun oyununda çempionşipin autsayderi “Plimut”a uduzan “Liverpul”un isə müəyyən psixoloji böhran yaşaması təbii idi. Üstəlik Betu da 11-cu dəqiqədə hesabı açmaqda “qırmızılar”ı şoka saldı. Ancaq şok uzun sürmədi: cəmi 5 dəqiqə sonra Makallister hesabı bərabərləşdirdi.
Ardından hissə boyunca meydanda bərabər və yetərincə sönük oyun getdi. Sadəcə, referi Maykl Oliver sarı vərəqələri sağa-sola paylamaqla (ilk yarıda bunların sayı 5 oldu) oyuna rəng qatdı. Belə görünürdü ki, komandalar heç-heçəyə razıdı. Fasilədən sonra hətta “Everton” daha fəal görünürdü. Ancaq qol imkanlarından yararlanmayan “göylər”i 73-cü dəqiqədə premyer-liqanın ən yaxşı futbolçusu Salah cəzalandırdı.
Düzdü, bu qolda misirlinin köməyinə səkən top da çatdı. Ancaq məlum olduğu kimi, bəxt də güclülərin üzünə gülür. Hər kəs düşündü ki, “Everton”un 3 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. Yeri gəlmişkən, bu, yaz-yayda söküləcək “Qudison Park”da keçirilən sonuncu Liverpul derbisi idi. Amma uzatma dəqiqələrində Tarkovski komandasını məğlubiyyətdən qurtardı. Heç-heçə çempionluq yarışında müəyyən mənada intriqanı qorudu.
Final fitindən sonra meydanda kütləvi dava-dalaş düşdü. Nəticədə meydan sahiblərindən Dukure, qonaqlardan isə Cons və baş məşqçi Arne Slot qırmızı vərəqə ilə cəzalandırıldı. İş ondadı ki, oyun bitəndən sonra Dukure “Everton”un qolunu bayram etmək üçün “Liverpul” azarkeşlərinin qərarlaşdığı tribunanı önünə qaçdı. Bu isə “qırmızılar”dan Consun xoşuna gəlmədi. Belədə əlbəyaxa olan futbolçular daha böyük davaya yol açdı. Dava yalnız hər iki komandanı məşqçi heyətinin və polisin müdaxiləsi ilə yatırıldı. Slot bu qalmaqala görə 2 oyunluq diskvalifikasiya olunub. 46 yaşlı niderlandiyalı dava vaxtı təhqiramiz ifadələr və söyüş işlədib.
O, “Vulverhempton” və “Aston Villa” ilə oyunları buraxacaq, “Mançester Siti” ilə oyunda ehtiyat oyunçular skamyasına qayıdacaq.
15-ci turdan təxirə salınan oyun
Everton – Liverpul 2:2

Betu, 11. Tarkovski, 90+8 – Makallister, 16. Salah, 73. (39280)
Liverpul: Alisson, Bredli (Cons, 61), Konate, Van Diyk, Robertson (Simikas, 69), Qravenberx (Aleksander-Arnold, 61), Makallister, Salah, Soboslai, Qakpo (Nunyes, 69), Dias (Jota, 87).
1. Liverpul – 57, 2. Arsenal – 50, 3. Nottingem Forest – 47... 14-16. Tottenhem, Everton, Vest Hem – 27...
Bombardir: Salah (Liverpul) – 22.
Faktlar
* “Liverpul” 1912-ci ildən bəri ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb. 113 il əvvəl belə hal “Liverpul”un “Arsenal”la matçında yaşanmışdı. Həmin vaxt komandanın əsas heyətində yalnız şotlandiyalı futbolçular yer almışdı.
"Everton"la görüşdə “qırmızılar”ın start heyətində 9 ölkədən futbolçular olub: Niderland - Van Diyk, Qakpo, Qravenberx, Fransa – Konate, Macarıstan – Soboslai, Şotlandiya – Robertson, Şimali İrlandiya – Bredli, Misir – Salah, Braziliya – Alisson, Argentina – Makallister, Kolumbiya – Dias.
* Salah “Everton”la səfər oyununda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. 32 yaşlı misirli ulduz bu mövsüm 13 səfər qarşılaşmasında 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Salah bir mövsümdə səfər oyunlarında “qol+ötürmə” sistemi üzrə 22 xal toplayan ilk futbolçu kimi premyer-liqa tarixinə düşdü. Əvvəlki rekord 1993/94 mövsümündə səfər oyunlarında “qol+ötürmə” sistemi üzrə 21 xal toplayn “Nyukasl”ın forvardı Endi Koula məxsus idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri