Icma.az
close
up
RU
Salam Sarvanın gözlərindəki kod… Emil Rasimoğlu YAZIR

Salam Sarvanın gözlərindəki kod… Emil Rasimoğlu YAZIR

Icma.az bildirir, Gununsesi portalına istinadən.

DEMƏK, bir müddət öncə bir yaradıcı ortamda ədəbiyyat müzakirəsi edirdik. Söz Salam Sarvandan düşdü…

Xüsusən də bu mövzuda şair Seyran İsmayılla polemikamdan gəldiyim BİR QƏNAƏT OLDU Kİ, onu istərdim yazılı şəkildə sizlərlə də bölüşüm…

Bu dəfə məqsədim xüsusən Salamın yaradıcılığını ŞƏRH ETMƏK YOX, onun ədəbiyyat, sənət düşüncələrini, ENERGETİK HALını xarakterizə etməkdir. Salamla dialoqda da olmuşam, yaradıcılıqla bağlı fikirlərini də oxumuşam, dinləmişəm… və onun yazdığı şeirlərə münasibətimi də öncəki dönəmlərdə əhatəli şəkildə bildirmişəm. Dediyim kimi, bu dəfə mövzu tamam başqa olsa da lap yeri gəlmişkən, Salam Sarvanın yazdıqlarına rəğmən QISACA OLARAQ QEYD EDİM Kİ, Salam Sarvan yaradıcı şəxs olaraq fundamental böyük BƏDİİ MƏTNin, böyük masştablı novator ədəbiyyatın müəllifi də deyil, heç bu illər ərzində ədəbi təfəkkürdə özünün yaradıcı dəzgahı, emalatxanası da olmadı. Şeirlərində ÖZÜ olan hissə də kiçikdi. Hətta çox kiçik – necə deyərlər, bir ovuc torpaq!.. İNDİSƏ GƏLİM MƏTLƏBƏ…

Yaradıcı adamlar belə demək mümkündüsə, spesifik prinsipli bir TRANSFORMATORdur. Həmin transformatorun daxilində bütün NƏSNƏlər var; İdrak… tərkidünyalıq… dünyagörüş… ədəbi təfəkkür… İlahi ünsiyyət dalğaları… fövqəl enerji və.s. … Ancaq burada incə bir DETAL mövcuddur: Özünün transformator mahiyyətini görə bilən yaradıcı şəxslər qrupu…Və o mahiyyətin fərqində olmayanlar, o mahiyyəti görə bilməyənlər qrupu. … Sənətkar olaraq özünün transformator mahiyyətini görmək üçün SƏN müəyyən dünyəvi — idraki qatların (kodların) köməyi ilə həmin transformatordan çıxıb, ÜST FƏZA hissəsinə qalxıb, öz ruhsal – energetik – idraki mahiyyətinin TRANSFORMATOR olmasının fərqində olmalısan.

… BU MƏQAMDA istərdim fikirlərimi bir az da konkretləşdirim. MƏSƏLƏN, Musa Yaqub, Əlisəmid Kür və Salam Sarvan. Musa Yaqub, (eləcə də Əlisəmid Kür) özünün transformator mahiyyətinin fərqində ola bilmirdi… bilmir. ÇÜNKİ onların həmin transformatorun daxilindən çıxıb (oranı tərk edib), ÜST FƏZA hissəsinə qalxmaq KODu yox idi… yoxdu. O kodu bir az da FÖVQƏL İCAZƏ KODU adlandırmaq olar. AMMA Salam Sarvanda (özünün qərarı ilə) hər zaman bu halın ƏKSİ baş verib.

Salam öz transformator mahiyyətindən çıxıb, ÜST FƏZAda o EKSTAZ MAHİYYƏTİ çox gözəl şəkildə müşahidə edə bilib… ƏSLİNDƏ Salamın burada ən böyük uğuru da sonradan öz transformator funksiyasına, mahiyyətinə qayıtmasıdır, qayıda bilməsidir. Çünki yaradıcı adamın transformator mahiyyətindən çıxması, o mahiyyəti tərk etməsi ƏKSƏR HALLARDA sonradan o mahiyyətə qayıda bilməməklə nəticələnir.

Səbəb də budur ki, öz transformator funksiyanı, mahiyyətini müşahidə etmək qədər BƏLKƏ DƏ dəhşətli mənzərə, an… yoxdur. … Tanrı qorusun balıqların səsindəki Salam Sarvanı!

Emil Rasimoğlu

Yazar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri