Icma.az
close
up
RU
Saleh Məmmədov necə XATIRLANACAQ?..

Saleh Məmmədov necə XATIRLANACAQ?..

Icma.az, Modern.az saytına istinadən bildirir.

Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsindən bir həftəyə yaxın vaxt keçsə də, onunla bağlı müzakirələr davam edir.
O, AAYDA rəhbərliyinə 2015-ci ildə gətirilmişdi. Son 10 il ərzində Dövlət Agentliyinə rəhbərlik edən Saleh Məmmədovun fəaliyyəti həmişə mübahisələr doğurub, başqa sözlə, onun işinə birmənalı münasibət olmayıb. 
Məsələn, keçmiş sədri tənqid edənlərin bir qismi onun qohumlarını Dövlət Agentliyindəki müxtəlif vəzifələrə təyin etməsindən narazı idilər. Əvvəlcə Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsinə gətirilən, sonra isə sədrin müşaviri postuna irəli çəkilən qudası Əflatun Qasımov buna əyani misal olaraq göstərilirdi.
Təmirə və yenidənqurmaya ehtiyacı olan yolların diqqətdən kənarda qalması, yol təsərrüfatının inkişafı üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsindəki sual doğuran məqamlar, tender qalmaqalları tez-tez gündəmə gətirilirdi.

Maraqlıdır, bütün bunların fonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi strateji bir quruma rəhbərlik etmiş Saleh Məmmədov necə xatırlanacaq?

Modern.az saytı bir neçə tanınmış şəxsdən bu suala cavab öyrənməyə çalışıb.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Saleh Məmmədovun fəaliyyəti haqda tənqidi fikir söyləmək istəməyib. Onun sözlərinə görə, yol infrastrukturunun qurulması, eləcə də Qarabağ bölgəsində həyata keçirilən layihələr çətin işlərdir:

“Mənim özümün də dəfələrlə xarici ölkələrə səfərlərim olub və orada avtomobil yolu infrastrukturu ilə yaxından tanış olmuşam. Korrupsiya ilə bağlı səsləndirilən iddialara gəlincə, əgər belə hallar mövcud olubsa belə, əsas diqqət görülən işlərin nəticəsinə, habelə yol infrastrukturunun inkişafına yönəldilməlidir. Korrupsioner fəaliyyət onsuz da əksər hallarda rast gəlinən problemdir və tək bu sektorla məhdudlaşmır”, - deyə o qeyd edib.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, məsələ konkret şəxslərin deyil, qurumun və ümumilikdə qurumların fəaliyyətinin dəyərləndirilməsidir:

“Əgər həmin qurumda problemlər olmasa, narazılıqlar yaranmasa və bu problemlər fonunda mediada vaxtaşırı yazılar dərc edilməsəydi, ehtimal ki, Saleh Məmmədov vəzifəsindən azad olunmazdı. Saleh Məmmədovun işdən çıxarılması onu göstərir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində müəyyən çatışmazlıqlar mövcud olub.

Bu baxımdan əsas diqqət şəxsin üzərində deyil, qurumun fəaliyyətinin təhlilinə yönəlməlidir ki, həmin problemlər gələcəkdə təkrarlanmasın. Qurumun fəaliyyəti daha şəffaf olmalı, tenderlər açıq və aydın keçirilməli, satınalmalar zamanı xərclənən vəsaitlər ictimaiyyət üçün əlçatan olmalı, izafi xərclərə yol verilməməlidir”.

İqtisadçı əlavə edib ki, fəaliyyət çərçivəsində korrupsiya elementləri tam şəkildə aradan qaldırılmalıdır:

“Şəxsin fəaliyyətinə qiymət verməyə gəlincə isə bu, müvafiq səlahiyyətli qurumların işidir. Əgər yoxlamalar aparılacaqsa və bu yoxlamalar nəticəsində hər hansı pozuntular aşkarlanarsa, gələcəkdə onun fəaliyyəti ilə bağlı əlavə hüquqi və ya inzibati tədbirlərin görülməsi də mümkündür.

Əgər belə bir araşdırma aparılmayacaqsa, bu, sadəcə olaraq onun vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyi qənaətinə gəlinməsi kimi dəyərləndirilə bilər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev də qeyd edib ki, hər hansı bir yol təsərrüfatına qiymət vermək üçün konkret şəxs üzərindən deyil, ümumi sistemdə baş verən dəyişikliklərə diqqət yetirmək lazımdır:

"Azərbaycan yol sahəsi son 26 ildə böyük inkişaf yolu keçib. Qurumlar dəyişib, adlar və tabeliklər yenilənib. Xüsusilə son 8 ildə ölkə ciddi inkişaf mərhələsi yaşayıb ki, bu, avtomobil yolları sahəsində də aydın görünür.

Azərbaycanın strateji coğrafi mövqeyi nəzərə alınaraq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə avtomobil yolu seqmentində işlər demək olar ki, tamamlanıb. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda isə son beş ildə müstəqillik tarixində görünməmiş həcmdə yol infrastrukturu layihələri icra olunub. Təkcə bir faktı qeyd etmək olar ki, əvvəllər ölkədə avtomobil yolu tunelləri praktik olaraq olmayıb. Son 5 il ərzində isə ümumi uzunluğu təxminən 71 kilometrədək tunel tikintisi icra edilib. Hazırda 45 yol layihəsi çərçivəsində 3 min kilometrdən artıq yol işləri icra olunur. Bu layihələrin bir qismi artıq tamamlanıb, bıziləri isə davam etdirilir. 

Avtomobil yollarını şərti olaraq üç əsas mərhələyə bölmək olar: keyfiyyətli tikinti, sərt qabarit nəzarəti, həmçinin savadlı və düzgün istismar. İlk iki istiqamət üzrə müəyyən nəticələr əldə olunub və bunu qənaətbəxş saymaq olar. Lakin istismar sahəsində ciddi boşluqlar mövcuddur”.

Ekspert həmçinin vurğulayıb ki, digər vacib məqam ictimaiyyətlə kommunikasiya məsələsidir:

“Təəssüf ki, bu illər ərzində cəmiyyətlə əlaqə arzuolunan səviyyədə olmayıb. Düşünürəm ki, növbəti illərdə yeni rəhbərlik bu məsələyə xüsusi diqqət yetirməlidir. Qurumun rəsmi saytında məlumatların müxtəlif dillərdə eyni məzmunla və mütəmadi yenilənməsi təmin olunmalıdır. Hazırda dil seçimi mövcuddur, lakin məlumat yenilənməsi yoxdur.

Ümumi olaraq, avtomobil yolları şəbəkəsi genişlənsə də, yol təsnifatına baxdıqda görürük ki, son yenilənmə üç il əvvəl aparılıb. Cəmiyyətlə mütəmadi ictimai müzakirələrin təşkili vacibdir. Digər dövlət qurumlarında bu praktika mövcud olsa da, yol təsərrüfatı sahəsində biz bunu müşahidə etmədik.

Bu gün kommunikasiya xüsusi əhəmiyyət daşıyır. Dövlət böyük layihələr həyata keçirir, lakin bu işlərin cəmiyyətə düzgün və vaxtında çatdırılması, həmçinin cəmiyyətdən əks-əlaqənin alınması olduqca vacibdir. Bundan əlavə, müasir texnologiyalar tətbiq olunsa da, lakin onların lazimi səviyyədə təqdimatı zəifdir. Cəmiyyət bilməlidir ki, Azərbaycanda yollar hansı texnologiyalarla, hansı standartlara uyğun tikilir”.

R.Ağamirzəyev eyni zamanda məlumatların effektiv və kreativ üsullarla təqdim olunmadığı təqdirdə, cəmiyyətdə yanlış təsəvvürlər formalaşa bilməsinə də diqqət çəkib:

“Belə hallarda “biz bacarmırıq” kimi natamamlıq kompleksi yaranır və xarici mütəxəssislərə həddindən artıq üstünlük verilir. Halbuki Azərbaycan mühəndisləri son illərdə çox böyük və peşəkar işlər görüblər. Sadəcə, təqdimat, eləcə də izah mexanizmlərində boşluqlar var və bu məsələ illər ərzində lazımi diqqət görməyib”.

Ekspert bildirib ki, bəzi layihələrdə şəhər küçələri çoxfunksional olmalı olduğu halda, faktiki olaraq sürətli avtomobil yollarına çevrilib və bunun yaratdığı fəsadlar nəzərə alınmayıb:

“Bu məsələ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən nəzərdən keçirilməlidir. Çoxfunksional küçə anlayışı fərqli hərəkət iştirakçılarının - piyadaların, velosipedçilərin və ictimai nəqliyyatın ehtiyacları nəzərə alınmaqla müvafiq infrastrukturun qurulmasını, eləcə də keçidlərin əlçatan və təhlükəsiz şəkildə təşkilini tələb edir.

Bu da onu göstərir ki, mütəmadi təlimlərə ciddi ehtiyac var. İnfrastruktur quran mühəndislər hər hansı bir elementin olmamasının hansı risklər yaratdığını dərindən bilməlidirlər”.

R.Ağamirzəyev avtomagistralların tikintisi, habelə yaşayış məntəqələrinə daxil olmadan hərəkətin düzgün formada təşkili məsələsindən də danışıb:

“Ümumilikdə avtomagistrallar tikilib, lakin yaxşı olardı ki, yaşayış məntəqələrinə daxil olmadan hərəkətin təşkili məsələsinə ayrıca diqqət yetirilsin. Müəyyən istiqamətlərdə bu yanaşma mövcuddur, amma bəzi hallarda yollar yaşayış məntəqələrinin içindən keçir ki, bu da əlavə risklər yaradır.

Digər vacib məqam tikinti dövründə servis yollarının təşkili ilə bağlıdır. Layihələr müxtəlif səbəblərdən yubana bilər, lakin ətraf ərazilərdə yaşayan insanlar bu prosesi minimum səviyyədə hiss etməlidirlər. Onların gündəlik əlaqəsini təmin edən, eyni zamanda keyfiyyətli və təhlükəsiz servis yolları mütləq olmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri