Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Deputat jurnalisti həbs etdirib

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

Topuriya məğlub oldu UFC də ŞOK

İsveç miqrant siyasətini sərtləşdirir

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

Məmməd İsmayıl necə XATIRLANACAQ...

Məmməd İsmayıl necə XATIRLANACAQ...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ədəbiyyatına ağır iki üz verib. Tanınmış şair Məmməd İsmayıl dünən uzunsürən xəstəlikdən sonra vəfat edib. O, Azərbaycan ədəbiyyatında və mədəniyyətində özünəməxsus yeri olan böyük şair və ictimai-siyasi şəxsiyyət idi. Məmməd İsmayılın şeirləri və publisistik çıxışlarında millilik, mənəvi saflıq, haqq axtarışı daim ön planda olub. Məmməd İsmayıl klassik mənada bir ziyalı idi – yalnız ədəbiyyatla yox, həm də cəmiyyətin taleyi ilə dərindən maraqlanan, xalqın maariflənməsinə və milli kimliyinin qorunmasına xidmət edən bir şəxsiyyət.
Məmməd İsmayıl necə xatırlanacaq?

Modern.az bu sualla Azərbaycanın bir sıra qələm sahiblərinə müraciət edib.

"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib ki, Məmməd İsmayıl onun orta məktəb illərindən sevdiyi və oxuduğu şairlərdən olub:

“Mən onu uzaqdan-uzağa izləyir, həm onu, həm də Məmməd Arazı ayrı-ayrılıqda oxuyur və çox sevirdim. Məmməd İsmayıl xüsusilə "nida şairi" idi - coşqusu, səsinin və sözünün vurğusu özünəməxsus idi. Onunla şəxsən tanış olduqdan sonra anladım ki, bu coşqu təkcə şeirlərində deyil, xislətində də varmış. Çünki Məmməd İsmayıl sadə bir salamı belə xüsusi vurğu ilə deyirdi. Hal-əhval tutanda elə danışırdı ki, sanki bu gün onun üçün xüsusi bir gündür. O, bütün həyatını bu cür enerji və ruh yüksəkliyi ilə yaşadı.
Sonralar tanışlığımız daha da dərinləşdi və dostluğa çevrildi. Məmməd İsmayılın efirlərə buraxılmadığı dövrdə mən onunla ayrıca bir radio proqramı hazırladım və yayımladım. Bu səbəbdən bir çox çətinliklər və tənqidlər yaşadım. Amma o bunu bilirdi. Hətta zəng edib radioda rəhbərliyə demişdi ki, "verilişi verməyə bilərsiniz, amma Qulu Ağsəslə işiniz olmasın".

Qulu Ağsəs söyləyir ki, Məmməd İsmayıl bir qədər həssas və incikliyə meyilli şair olub: 

“Əgər ona zəng etdinsə, ilk zəngdə cavab verməli idi. İkinci zəngə adətən cavab verməz, incikliyini gizlətməzdi. Sağlamlığındakı problemlərə baxmayaraq, dəfələrlə zənglər edilsə də, o zənglərə vaxtında cavab verərdi. Mən sevinirəm ki, o, bütün çətinliklərə baxmayaraq, ölüm zəngi gələndə onu gec götürdü… Ancaq həm də təəssüflənirəm ki, hər nə qədər xəstəliklə mübarizə aparsa da, axırda bu zəngi cavabsız qoya bilmədi.

Nə qədər ki, Məmməd İsmayılın oxucusu var, onun şeirləri də səslənəcək. Onun sözlərinə yazılmış mahnılar səslənəcək, onu sevən insanlarin xatirələri dillərdən düşməyəcək. Mən Məmməd İsmayıla bundan sonra şeirləri qədər ömür arzu edirəm, amma bu ömür nə qədərdir bunu zaman göstərəcək”, - Q.Ağsəs bildirib. 


Yazıçı, publisist Şərif Ağayar:
“Yaradıcılıq - uşaq saflığı, uşaq yaddaşı və səmimiyyəti ilə sıx bağlıdır. Ona görə də yaradıcı insanlar yaşlarının bütün mərhələlərində bu səmimiyyəti qoruyub saxlamalıdırlar. Bu isə asan deyil. Çünki çox vaxt şairlik 35-40 yaşında bitir, hər kəs onu içində daşıyıb sonacan apara bilmir. Amma Məmməd İsmayıl içindəki şairliyi, sözə qarşı barışmaz münasibətini, dramaturgiyasını, hətta bir qədər nadincliyini belə saxlamağı bacaran nadir insan idi...

Məmməd İsmayıl kimi yaşamaq çətin olduğu kimi, onun kimi yazmaq da asan deyil. Böyük şair, böyük yazıçı olmaq üçün yalnız istedad kifayət etmir - böyük insan da olmaq lazımdır. Bunun üçün də dürüst, əyilməyən, yalan danışmayan, həqiqəti şəxsi mənafeyə qurban verməyən bir insan kimi yaşamaq lazımdır. Bu baxımdan, Məmməd İsmayılın Azərbaycan ədəbiyyatındakı yeri danılmazdır. Onun taleyi əsl şair taleyi idi. Və o bu taleni sonacan ləyaqətlə yaşadı.

Bəziləri öz taleyindən qaçır, dəyişməyə çalışır. Lakin Məmməd İsmayıl həmişə özü olaraq qaldı. Şair kimi doğuldu, şair kimi yaşadı və şair kimi də bu dünyadan köçdü.

Azərbaycan xalqı sevinməlidir ki, onun kimi əsl şairlərə sahib olub. O, Azərbaycan ədəbiyyatına dəyərli nümunələr bəxş edib və adını ədəbiyyatımıza silinməz hərflərlə yazdırıb”.
 

Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, görkəmli söz ustası, ictimai xadim Məmməd İsmayılla dost olublar və onun vəfatı xəbərindən çox sarsılıb: 
“Məmməd İsmayıl ağır xəstəydi, amma sona qədər ümid üzülmür… Uşaqlığı müharibənin, atasızlığın, təkliyin, ehtiyacın sıxıntısı içində keçsə də sınmadan, ümidini itirmədən, qarşısına çıxan əngəlləri aşa-aşa yaşamaq ona bir cəngavərlik ruhu, mübarizə eşqi aşılamışdı. Şeirlərinin və nəsrinin əsas gücü və orijinallığı da bu ruhdadır. Gur poetik səsi Azərbaycanın sərhədlərini aşaraq, uzaq ölkələrə çatırdı. Dillər əzbəri olan bir çox şeri dilimiz və ədəbiyyatımız var olduqca yaşayacaqdır. 

O həmçinin vurğulayıb ki, bizi uzun illərin sarsılmaz dostluğu bağlayırdı. 

“Anası “sən Məmmədin kiçik qardaşısan” deyirdi. Anam onu öz oğullarından ayırmırdı. Təəssüf ki, Azərbaycanda olmamağım Bakıdan Tovuza, çox sevdiyi Əsrik kəndinə gedən yolda ona “yoldaş” olmağıma, onu son mənzilə yola salmağıma imkan vermədi. Bütün övladlarına, nəvələrinə, yaxınlarına səbr diləyirəm. Səni dünyaya gətirən ananın yanında rahat uyu, Məmməd!”.
 

“Məmməd İsmayılın ölüm xəbərini indi mənim bu yay günlərində məskunlaşdığım ucqar kəndə, Şınığa, ata-baba yurdum İsalıya da gətirdi. Məmməd coşqun təbli, fitrətən istedadlı şair idi”. 

Bu sözləri Məmməd İsmayılla bağlı təəssüratlarını bölüşərkən yazıçı, drammaturq Firuz Mustafa deyib.

“1971-ci ildə 1-ci kursda oxuyarkən Məmməd məni axtarıb tapdı, sssenari müəllifi olduğu, gərək ki, “Tələbə dünyası” adlanan verilişə dəvət etdi. Çıxış etdim, şeir dedim, bir xeyli “populyarlaşdım”. Təbii ki, bunu zarafatla deyirəm. Verilişin aparıcısı gənc jurnalist Gülşən Əkbərova özü də həmin vaxt tələbə idi.
Məmmədlə hərdən onun dostu, mənimsə qohumum, istedadlı şair və telejurnalist Aydın (Qurbanoğlu) İbrahimovun “Alatava”dakı sadə evində görüşürdük. 

Məmməd televiziyada işləyən ləyaqətli bir xanımla ailə qurdu, Moskvadakı Ədəbiyyat İnstitutunda ikinci ali təhsil aldı, məşhur “Gənclik” jurnalının redaktoru və “İşıq” nəşriyyatının direktoru oldu, sonralar bir müddət vaxtilə çalışdığı AzTV-nin sədri vəzifəsində tçalışdı. Ömrünün son otuz ili isə Türkiyə ilə bağlı oldu, qardaş ölkənin ali məktəbində dərs dedi. Bu illər ərzində onunla tədbirlərdə, törənlərdə, toyda-yasda görüşürdük”.

F.Mustafa onu da qeyd edib ki, Məmməd İsmayıl harada işləməsindən asılı olmayaraq sözə, sənətə, poeziyaya, ədəbiyyata bağlı adam idi:

“Onun publisistik yazıları, nəsr əsərləri-roman, ssenari və hekayələri də var. Amma o, təpədən-dırnağacan şairdir. Şeir onun taleyi, həyatı, nəfəsi idi. Bu gün Məmmədin özü yoxdur, amma onun sözü qalır.
Onu da oxudum ki, şair öz vəsiyyətinə əsasən dogulduğu kənddə dəfn olunacaq. Məşhur şeirindən bir misranı xatırladım: “Bu mənəm a kəndim, tanımadınmı? Bu, həmin Məmməddir sınıxıb bir az…”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see317

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see242

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see199

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see198

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see185

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see177

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see176

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see175

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see174

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see173

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see170

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see167

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see166

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see164

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see163

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see162

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see154

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see153

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri