Icma.az
close
up
RU
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib Şok təfərrüat

Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib Şok təfərrüat

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

9 May – faşizm üzərində qələbə günü İmişlidə keçirilən tədbirdə SSRİ bayrağı qaldırıb, sinəsinə “Georgi lenti” vuran İmişli Ağsaqallar Şurasının sədri Saleh Səmədovun inanılmaz harınlığı ortaya çıxıb.

Axar.az xəbər verir ki, etdiyi əmələ görə İmişli Ağsaqallar Şurasının sədri vəzifəsindən azad edilən Saleh Səmədovun həddən artıq varlı biri olduğu haqda artılq məlumat yayılıb. Onun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası, milyonluq "Rolls-Roys"u olan S.Səmədovun Bakıda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu vurğulanır.

Səmədov fəaliyyətə fəhləlikdən başlayıb, ali təhsil diplomunu isə 35 yaşında ala bilib. Belə görünür ki, Saleh Səmədov İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri olandan sonra taleyi dəyişib.

Onun hansı savada, necə intellektə sahib olduğu SSRİ bayrağı qaldırması və “Georgi lenti” taxması ilə hər kəsə bəlli oldu. Ancaq S.Səmədovun haqq etmədiyi var-dövlətindən dolayı rayondakı harınlığı haqda redaksiyamıza daxil olan məlumat daha şokedicidir.

Hadisə 4 ay öncə İmişli rayonunda baş verib. Bildirilir ki, S.Səmədov yol hərəkəti qaydasını ciddi şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Yol polisi əməkdaşı ondan sənədlərini tələb edib. S.Səmədov isə həm polisi, həm də rayon polis şöbəsinin rəisi Azər Tağıyevi ağır söyüşlərlə, bir insana, xüsusilə “ağsaqqal” adına yaraşmayan ifadələrlə təhqir edib. Bildirib ki, rayonun rəisi belə onun maşınını saxlatdırmağa cəsarət edə bilməz.

Onun təhqirləri, rayon rəhbərliyi, polis rəisi və hüquq-mühafizə orqanları haqda dediyi nalayiq ifadələr hamısı kamera qeydlərində var.

Saleh Səmədovun harınlığı və bu təhqirlərinə görə İmişli RPŞ-nin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə iş məhkəməyə təqdim edilib və S.Səmədov 30 sutkalıq inzibati qaydada həbsə məhkum edilib.

Həmin vaxt S.Səmədov öz əlaqələrindən maksimum istifadə etməyə çalışıb və polis rəisinə təzyiqlər də etdirib, lakin nəticə əldə edə bilməyib. S.Səmədovun yaxın dostu olduğu bildirilən məşhur deputatlardan biri də işə qarışıb, ancaq o da heç nəyə nail ola bilməyib. Buna baxmayaraq, apellyasiya şikayəti zamanı cəzanın 15 sutkaya salınmasına nail ola biliblər.

Həbs cəzası almağına baxmayaraq, onun cəzasını “çöldə” çəkmək təşəbbüsləri də alınmayıb. Belə ki, İmişli RPŞ-də təmir işləri ilə bağlı S.Səmədov Sabirabad RPŞ-də saxlanılıb. Bu təşəbbüs də rədd edildiyindən, sözügedən deputatın “qisas əməliyyatı” da olub.

Buna baxmayaraq, S.Səmədov 15 günlük cəzasını günə-gün çəkib və yalnız bundan sonra azadlığa buraxılıb.

Bu, S.Səmədovun varına, puluna və əlaqələrinə güvənərək, rayonda harınlıq etdiyi haqda yeganə fakt deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri