“ Salyan kazarması adlandırılan ərazidə mülki qurumlar icazəsiz təmizlik işləri apara bilməz” Yasamal RİH dən açıqlama
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkədə Şəfayət Mehdiyev küçəsindəki "Salyan kazarması" kimi tanınan əraziyə aid görüntü paylaşılıb. Bildirilib ki, həmin əraziyə maşınlarla müxtəlif tullantılar daşınır və antisanitar şəraitin yaranıb. Ərazi təmizlənib, ancaq yenidən zibillikdir."Salyan kazarması" kimi tanınan ərazinin təmizlik işləri hansı vaxt periodunda aparılır? İcra hakimiyyəti ərazi ilə bağlı görülən işlərə hansısa formada nəzarət edirmi?Ərazinin istismarı və ya istifadəsi üzrə hansısa plan, proqram, layihə mövcuddurmu?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Yaranan suallara cavab tapmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: "Qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, qeyd olunan ərazi hərbi təyinatlı mülkiyyətdir və orada mülki qurumların icazəsiz təmizlik işləri aparması qeyri-mümkündür. Bunun üçün mülkiyyət sahibi müvafiq tədbirlər görməlidir. Nəzərə almağınız xahiş olunur".
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:Yasamal RİH xanımları təbrik etdi FOTOLAR
07 Mart 2025 11:00
İcra Başçısı ərazidə Yasamal sakinlərinin müraciətlərini dinlədi FOTOLAR
11 Dekabr 2025 16:31
Yasamal RİH in şöbə müdirinə elektron qolbaq taxıldı
05 İyun 2025 14:01
Yasamal RİH kollektivi Ümummilli Liderin xatirəsini anıb Fotolar
12 Dekabr 2024 15:44
Baxış sayı:83
Bu xəbər 15 Dekabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















