Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

Birləşməyə hazırlaşan bankda dəyişiklik

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Müəllimlərin əməkdaşlığı təhsildə davamlı inkişaf üçün vacibdir

Müəllimlərin əməkdaşlığı təhsildə davamlı inkişaf üçün vacibdir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir təhsil sistemində müəllimlər arasında effektiv əməkdaşlıq, keyfiyyətli tədrisin və davamlı peşəkar inkişafın əsas dayaq nöqtələrindən biridir. Buna baxmayaraq, bir çox məktəbdə müəllimlər hələ də təcrid olunmuş şəkildə fəaliyyət göstərir ki, bu da həm onların şəxsi inkişafına, həm də şagirdlərin təlim nailiyyətlərinə mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, strukturlaşdırılmış əməkdaşlıq mühitləri müəllimlərin tədris təcrübəsini zənginləşdirir və şagird nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu məqalədə məqsəd müəllimlər arasında əməkdaşlığın əsas formalarını - birgə dərs planlaşdırılması, təcrübə mübadiləsi, kooperativ tədris, mentorluq və kouçinq, qiymətləndirmədə əməkdaşlıq və texnologiya vasitəsilə qarşılıqlı fəaliyyət - sistemli şəkildə təhlil etməkdir.

Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Samirə Zeynalovanın sözlərinə görə, XXI əsrdə müəllimlərin əməkdaşlığı təhsil sistemlərinin davamlı inkişafı üçün vacib amilə çevrilib. Qlobal təcrübə sübut edir ki, qarşılıqlı öyrənmə və təcrübə paylaşımı müəllimlərin peşəkar inkişafını dəstəkləyir, dərs prosesində isə çevik və yaradıcı yanaşmalar formalaşdırır. Bu səbəbdən əməkdaşlıq əlavə fəaliyyət deyil, peşəkar fəaliyyətin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Azərbaycan təhsil sistemində də son illərdə keyfiyyətə əsaslanan idarəetmə və müəllimlərin səriştəyönümlü inkişafı istiqamətində mühüm addımlar atılsa da, müəllimlər arasında davamlı, strukturlaşdırılmış əməkdaşlıq modelləri hələ geniş şəkildə tətbiq olunmamışdır. Bu kontekstdə mövcud məqalənin aktuallığı ondadır ki, o, həm beynəlxalq təcrübəyə, həm də yerli reallıqlara əsaslanaraq müəllim əməkdaşlığını təşviq edən effektiv strategiyaları təhlil edir və onların tətbiq imkanlarını qiymətləndirir. Bu kontekstdə müəllim əməkdaşlığının tədris keyfiyyəti və peşəkar inkişaf üçün necə təşviq oluna biləcəyini daha dərindən anlamaq məqsədilə, mövcud elmi ədəbiyyat və təcrübəyə əsaslanaraq ən geniş yayılmış və effektiv hesab edilən əməkdaşlıq strategiyalarının üstün və zəif cəhətləri, tətbiq imkanları araşdırılmalıdır: "Əməkdaşlıq strategiyasının bir qolu olan birgə dərs planlaşdırılması müəllimlər arasında əməkdaşlığın təşviqinə və pedaqoji təcrübənin keyfiyyətinin artırılmasına xidmət edir.

Bu yanaşma tədris prosesinin daha sistemli və məqsədyönlü şəkildə təşkili ilə yanaşı, müəllimlərin peşəkar inkişafını da dəstəkləyir. Birgə planlaşdırmanın əsas üstünlüklərindən biri müəllimlərin fərqli tədris metod və strategiyalarını qarşılıqlı paylaşmaq imkanıdır. Müxtəlif fənlər və siniflərdə fəaliyyət göstərən müəllimlərin bir araya gələrək təlim məqsədlərini müzakirə etməsi tədrisdə müxtəlif baxış bucaqlarının inteqrasiyasına səbəb olur və bu da ümumi tədris keyfiyyətini artırır. Eyni zamanda, bu proses kurikulum tələbləri ilə dərs məqsədlərinin uyğunlaşdırılmasına imkan verir ki, bu da şagirdlərin öyrənmə ehtiyaclarının daha effektiv qarşılanmasına şərait yaradır. Birgə planlaşdırma həmçinin müəllimlər arasında kollektiv məsuliyyət hissini gücləndirir. Komanda ilə planlaşdırılan dərslər zamanı müəllimlər təkcə öz fəaliyyətlərinə deyil, həm də ümumi nəticəyə görə məsuliyyət daşıyırlar ki, bu da məktəbdaxili peşəkar öyrənmənin inkişafına töhfə verir. Bununla yanaşı, birgə dərs planlaşdırılması müəyyən məhdudiyyətlərlə də müşayiət oluna bilər. Ən çox rast gəlinən problemlərdən biri zaman məhdudiyyəti ilə bağlıdır. Müəllimlərin artıq mövcud olan dərs və inzibati yükü birgə planlaşdırmaya əlavə vaxt ayırmalarını çətinləşdirə bilər. Bu, prosesin davamlı həyata keçirilməsinə maneə yarada bilər. Bundan başqa, müəllimlər arasında fərqli pedaqoji yanaşmalar və şəxsi tədris üslubları müəyyən fikir ayrılığına səbəb ola bilər. Bu cür hallarda bəzi müəllimlər öz yaradıcılıq sərbəstliklərinin məhdudlaşdırıldığını hiss edə və əməkdaşlığa qarşı passiv münasibət göstərə bilərlər. Nəticədə əməkdaşlıq formal xarakter ala və sadəcə tələbləri yerinə yetirmək üçün həyata keçirilən prosedura çevrilə bilər. Nəhayət, birgə planlaşdırmanın səmərəli şəkildə tətbiqi üçün təşkilati dəstək və resurs təminatı olduqca vacibdir. Bəzi təhsil müəssisələrində uyğun məkanların, texnologiyaların və materialların olmaması bu prosesin keyfiyyətinə mənfi təsir göstərə bilər. Ona görə də birgə dərs planlaşdırmasının effektivliyi yalnız müəllimlərin təşəbbüsü ilə deyil, həm də məktəb rəhbərliyinin və təhsil ekspertlərinin dəstəyi ilə sıx bağlıdır".

Samirə Zeynalova bildirib ki, təcrübə mübadiləsi müəllimlər arasında pedaqoji bilik və bacarıqların qarşılıqlı ötürülməsinə, müxtəlif tədris yanaşmalarının paylaşılmasına və peşəkar dialoqun təşviqinə yönəlmiş mühüm əməkdaşlıq strategiyasıdır. Bu yanaşma həm fərdi müəllimlərin tədris keyfiyyətini artırmaq, həm də məktəb daxilində və ya məktəblərarası səviyyədə ümumi pedaqoji öyrənmənin inkişafına xidmət edir. Təcrübə mübadiləsinin əsas üstünlüyü müəllimlərin öz praktik fəaliyyətlərini bir-biri ilə bölüşmək imkanıdır. Bu proses zamanı müəllimlər uğurlu təlim nümunələrini, sinifdaxili idarəetmə üsullarını, qiymətləndirmə yanaşmalarını və şagird fəallığını artıran metodları təqdim edərək həmkarlarını ilhamlandıra bilirlər. Beləliklə, tədris prosesində tətbiq olunan fərqli yanaşmalar birgə refleksiya mühiti yaradaraq, müəllimlərin düşünülmüş şəkildə təcrübələrini qiymətləndirməsinə və təkmilləşdirməsinə şərait yaradır: "Təcrübə mübadiləsi həmçinin fənlərarası inteqrasiyanı və multidissiplinar yanaşmaları təşviq edir. Müxtəlif fənlər üzrə çalışan müəllimlərin öz dərs modellərini bölüşməsi tədrisdə yeni perspektivlərin yaranmasına, şagirdlərə təqdim olunan biliklərin daha əlaqəli şəkildə formalaşmasına səbəb olur. Bu isə XXI əsr bacarıqları - tənqidi düşünmə, əməkdaşlıq və yaradıcı düşünmə kimi kompetensiyaların inkişafı üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, təcrübə mübadiləsinin effektivliyi bir sıra şərtlərlə bağlıdır. Əgər bu proses sistemsiz, məqsədsiz və tələblə həyata keçirilərsə, müəllimlər arasında etimadsızlıq və formal iştirak yarana bilər. Bəzi hallarda müəllimlər öz təcrübələrini bölüşməkdən çəkinə və ya digər həmkarlarının metodlarını passiv şəkildə dinləməklə kifayətlənə bilərlər. Bu isə əslində prosesin məğzinə - aktiv öyrənmə və refleksiyaya ziddir. Bundan əlavə, məktəb rəhbərliyi tərəfindən strukturlaşdırılmış sessiyalar, interaktiv seminarlar və ya açıq dərslər vasitəsilə bu fəaliyyətin planlı şəkildə təşkili, müəllimlərin iştirakı üçün motivasiya yaradır. Eyni zamanda, müxtəlif məktəblər arasında təcrübə paylaşımı platformalarının yaradılması və regional metodik birliklərin təşkili də təcrübə mübadiləsinin coğrafi miqyasda genişlənməsinə imkan verir. Nəticə etibarilə, təcrübə mübadiləsi müəllimlərin peşəkar öyrənmə icmalarına qoşulmasına, öyrənən təşkilatın formalaşmasına və ümumi təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm alətdir. Onun effektiv tətbiqi üçün isə strateji planlaşdırma, əməkdaşlıq və rəhbərlik dəstəyi zəruridir".

Onun dediyinə görə, qarşılıqlı öyrənmənin təşkili - kooperativ tədris müəllimlərin iki və ya daha çox nəfərlik komandalar şəklində bir sinifdə birgə dərs keçməsi - pedaqoji əməkdaşlığın və  şagirdyönümlü təlimin inkişaf etdirilməsi baxımından əhəmiyyətli yanaşmalardan biri hesab olunur. Bu model təkcə müəllimlər arasında peşəkar dialoqu və qarşılıqlı öyrənməni gücləndirmir, həm də şagirdlər üçün daha zəngin və fərdiləşdirilmiş tədris mühiti yaradır. Kooperativ tədrisin ən mühüm üstünlüklərindən biri müxtəlif ixtisaslaşmalara və tədris üslublarına malik müəllimlərin resurslarını birləşdirərək dərs prosesinə tətbiq etmələridir. Bu zaman sinifdə eyni mövzu müxtəlif izah üsulları, fərqli təqdimat formaları və alternativ metodik yanaşmalarla şagirdlərə çatdırıla bilər. Bununla yanaşı, müəllimlərdən biri izahı təqdim edərkən, digəri fərdi və ya kiçik qrup dəstəyi göstərə bilər ki, bu da fərqli öyrənmə tərzinə malik şagirdlərin ehtiyaclarının daha dolğun şəkildə ödənməsinə şərait yaradır. Tədqiqatlar göstərir ki, kooperativ tədris müəllimlər arasında qarşılıqlı öyrənməni artırmaqla yanaşı, peşəkar refleksiyanı da təşviq edir. Müəllimlər birgə tədris təcrübəsindən sonra dərsə dair müzakirələr aparır, təlimin güclü və zəif tərəflərini analiz edir və gələcək planlamalarda bu nəticələrə əsaslanaraq qərarlar verirlər. Bu isə tədris prosesinin dinamik inkişafını və davamlı təkmilləşməni təmin edir. Bununla belə, kooperativ tədris müəyyən praktiki çətinliklərlə də müşayiət oluna bilər. Birgə dərs keçən müəllimlər arasında rol bölgüsünün qeyri-müəyyən olması və ya əmək bölgüsündə bərabərsizlik əməkdaşlıq mühitini poza bilər. Əgər müəllimlərdən biri əsas təqdimatı həyata keçirir, digəri isə yalnız müşahidəçi funksiyası daşıyırsa, bu, kooperativliyin mahiyyətini sual altına alır. Belə hallar əməkdaşlığın formal xarakter daşımasına və müəllimlərdən birinin prosesdən kənarda qalmasına səbəb ola bilər. Bundan əlavə, kooperativ tədrisin uğurla həyata keçirilməsi üçün müəllimlər arasında açıq və qarşılıqlı hörmətə əsaslanan ünsiyyət, ortaq pedaqoji dəyərlər və planlaşdırmaya dair razılaşdırılmış prinsiplər vacibdir. Əgər bu şərtlər əvvəlcədən müəyyən edilməzsə, əməkdaşlıq yerinə qarşıdurma və fikir ayrılığı baş verə bilər. Digər tərəfdən, məktəb rəhbərliyi tərəfindən bu modelə inzibati və təşkilati dəstəyin olmaması kooperativ tədrisin davamlılığını zəiflədə bilər: "Kooperativ tədrisin Azərbaycan təhsil kontekstində uğurla tətbiqi üçün pedaqoji kadrların bu istiqamətdə təlimləndirilməsi, məktəblərdə bu modeli sınaqdan keçirmək üçün pilot proqramların həyata keçirilməsi və əməkdaşlıq mədəniyyətinin təşviqinə yönəlmiş təşəbbüslərin inkişaf etdirilməsi zəruridir. Bu modelin sistemli şəkildə tətbiqi müəllimlərin bir-birindən öyrənməsini, dərs keyfiyyətinin artmasını və şagirdlərin daha effektiv öyrənməsini dəstəkləyə bilər".

O qeyd edib ki, mentorluq və kouçinq müəllimlər arasında fərdi və məqsədyönlü əməkdaşlığın qurulması, eləcə də peşəkar inkişafın davamlı şəkildə dəstəklənməsi baxımından effektiv strategiyalardır. Hər iki yanaşma müəllimlərin təlim prosesinə dair düşüncələrini strukturlaşdırmalarına, təcrübələrini dəyərləndirmələrinə və praktik fəaliyyətlərini təkmilləşdirmələrinə kömək olur. Lakin bu anlayışlar mahiyyət və tətbiq formalarına görə fərqlənir: mentorluq adətən daha təcrübəli müəllimin az təcrübəli həmkarına dəstək göstərməsi şəklində baş verir, kouçinq isə məqsəd qoyma, refleksiya və inkişaf üçün tərəfdaşlıq çərçivəsində bərabər əsaslı dialoq şəklində qurulur. Mentorluğun üstünlükləri sırasında yeni müəllimlərin peşəyə adaptasiyasının asanlaşdırılması, tədrisə dair ilkin bacarıqların mənimsənilməsi və məktəb mühitinə inteqrasiya prosesinin dəstəklənməsi xüsusi yer tutur. Mentor müəllimlər yalnız dərs planlaşdırmasında və metodik seçimlərdə deyil, həmçinin məktəbdaxili münasibətlərdə və şagirdlərlə effektiv ünsiyyətdə də gənc müəllimlərə yol göstərirlər. Mentorluq münasibətləri şagirdlərin dərsə marağının artmasına, müəllimin özünəinamının güclənməsinə və ümumi təhsil mühitinin daha pozitiv olmasına töhfə verir. Bununla yanaşı, mentorluq prosesi bəzi hallarda qeyri-formal xarakter daşıya və sistemli yanaşma olmadan aparıla bilər. Əgər mentor seçimi məqsədli şəkildə deyil, təsadüfi əsaslarla həyata keçirilərsə, bu, həm peşəkar münasibətin zəifləməsinə, həm də dəstək prosesinin formalizmə çevrilməsinə gətirib çıxara bilər. Digər tərəfdən, mentor müəllimin əlavə məsuliyyətlərə malik olması bu rolu effektiv şəkildə yerinə yetirməsinə mane ola bilər. Lakin bu strategiyaların səmərəli tətbiqi üçün bir sıra struktur və institusional dəstəyə ehtiyac var. Təhlil göstərir ki, bu istiqamətdə irəliləyiş əldə etmək üçün çoxsəviyyəli yanaşma tələb olunur.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see438

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see269

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see261

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see252

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see241

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see240

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see238

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see236

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see231

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see228

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see227

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see225

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see223

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see221

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see220

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see219

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see216

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see213

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see189

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

14 Sentyabr 2026 13:14see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri