Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Salyanda 33 yaşlı kişi kafeni atəşə tutdu, qohumunu döydü TƏFƏRRÜAT

Salyanda 33 yaşlı kişi kafeni atəşə tutdu, qohumunu döydü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Salyan rayonunda 1991-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Simana xəsarət yetirib. 
Demokrat.az-
ın əldə etdiyi məlumata görə, Fərid 2024-cü il fevralın 17-də, saat 24 radələrində sərxoş vəziyyətdə Salyan şəhər sakini məxsus, lakin hazırda Aslan adlı şəxs tərəfindən icarə müqaviləsi əsasında işlədilən "BOSS PUB" adlı kafeyə gəlib. O, həmin vaxt kafedə pivə içərək istirahət edən Salyan şəhər sakini Simanın əyləşdiyi masada onunla birlikdə əyləşərək heç bir əsaslı səbəb olmadan ona "Tik-Tok" sosial şəbəkəsində canlı yayımda söyüş söyməsi barədə əsassız iradlar bildirib. 
Fərid ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib. O, əvvəlcə başı, daha sonra isə yumruğu ilə Simanın sifət nahiyyəsinə qəsdən zərbələr vurub, onu nalayiq söyüşlərlə söyüb. 
Həmin vaxt kafedə olan şəxslər tərəfindən sakitləşdirilib və kafedən çıxarıldıqdan sonra idarə etdiyi “VAZ 21214” markalı avtomobildə saxladığı silah qismində istifadə olunan ov tüfəngini götürüb. O, "BOSS PUB" adlı kafeyə tərəf həmin tüfəngdən 3 dəfə atəş açıb, kafenin pəncərə şüşələrini sındırıb, kafe sahibinə 90 manat məbləğində maddi zərər vurub. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 17-də, axşam tanışı Bəhruz, Mübariz və Alimlə birlikdə Salyan şəhərindəki Cəlalın yeməkxanası adlanan kafeyə gediblər: “Orada birlikdə nahar edərkən 4 nəfərə bir litr araq içdik. Saat 24 radələrində kafedə olarkən "Tik-Tok"-da canlı yayıma qoşulan zaman tanışım Simanın da həmin vaxt canlı yayımda olduğunu, söyüşlə danışdığın gördüm. Onun oturduğu yerə baxanda Simanın həmin vaxt yaxınlığımızda yerləşən "BOSS PUB" adlı kafedə olduğunu bildik. Ona görə də Bəhruza birlikdə Simanın yanına getdik. Orada Siman ilə mübahisə etdim, onu başım və yumruğum ilə vurdum. Ətrafda olan şəxslər bunu gördülər və tez məni tutaraq sakitləşdirdilər. Sonra Pərviz adlı şəxs kafedə mübahisə edərək dalaşmamağı və oradan getməyi dedi. Ona görə də hamımız birlikdə kafedən çıxdıq. Bir qədər orada qalandan sonra öz “Niva” markalı maşınıma minərək getdim. Əsəbiləşdiyim üçün maşını "BOSS PUB" adlı kafeinin qarşısında saxlamışam və maşında olan tüfəngini götürərək havaya 3 dəfə atəş açmışam. Açdığım atəşlərdən biri kafenin 2-ci mərtəbədə yerləşən pəncərə şüşəsinə dəydi. Əslində bütün bunları sərxoş olduğu üçün etmişəm. Bilərəkdən kafenin pəncərəsinə atəş açmamışam. Tüfənglə də kimisə vurmaq istəməmişəm. Əməlimdən səmimi peşman olmuşam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Simanın sözlərinə görə, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır və özü də qaraciyər serrozundan əziyyət çəkdiyindən həkimlər ona spirtli içkiləri içməyi qadağan etsələr də, hərdən bir spitli içkilər qəbul edib: “Buna görə atam da uzun illərdir məni danışdırmır. Özüm həm də əvvəllər narkotik vasitələr qəbul etmişəm. Lakin son 3-4 ildə belə işlərlə daha məşğul olmuram. Fərid mənim bibimin qaynı oğlu olmaqla münasibətlərim həmişə yaxşı olub. Aramızda heç vaxt narazılıq, ədavət olmayıb. Bəhruzu isə əvvəldən Salyan şəhər sakini kimi üzdən tanımışam, onunla əvvəldən heç bir münasibətim olmayıb”. 
Zərərçəkmiş qeyd edib ki, fevralın 17-də, axşam saatlarında Salyan şəhərində yerləşən "BOSS PUB" adlanan kafeyə gəlib və orada özü üçün pivə sifariş verib: “Sonra küncdəki masada tək oturaraq pivə içərkən telefonla "Tik-Tok"a canlı yayımla qoşuldum, oyun oynamağa başladım. Təxminən 1 saat keçmiş Fərid sonradan adını öyrəndiyim Bəhruz adlı şəxslə həmin kafeyə gəldi və mənimlə görüşəndən sonra oturduğum stolda əyləşdilər. Həmin vaxt onların hər ikisinin sərxoş olduğunu gördüm. Hal-əhval tutduqdan sonra Fərid məndən canlı yayımda nəyə görə söyüş söyməmin səbəbini soruşdu. Mən də həmin vaxt Fəridə canlı yayıma qoşulandan sonra heç bir söyüş söymədiyimi bildirdim. Lakin Fərid israrla mənə “sən söyüş söymüsən və buna görə də cavab verəcəksən” deyə bildirdi. Onun bu dediklərini qəbul etmədim. Buna görə aramızda mübahisə yaranan zaman Fərid gözləmədiyim halda qəflətən əvvəlcə başı ilə sifət nahiyyəmə bir zərbə vurdu. Sonra isə mənə tərəf yumruq zərbələri atdı. Bunu görən həmin vaxt kafedə əyləşmiş "Qəzi" ləqəbli şəxs gələrək Fəridi sakitləşdirdi və bizi ayırdı. Fəridə "ayıb deyil burada dalaşırsınız, camaat sizə baxır, gəlin düşün aşağı, mən də sizinlə düşürəm" deyə bildirdiyindən birlikdə kafedən çıxdıq, pilləkənlə aşağı düşdük. Həmin vaxt Fərid, Bəhruz və "Qəzi" ləqəbli şəxs kafenin qarşısında dayandıq. Fərid məni görən kimi üzərimə cumdu, yenə də məni vurmaq istəsə də, orada olan şəxslər bizi saxladı. Məni təkrar vurmasına imkan vermədilər. Bu barədə orada olan şəxslərdən kimsə oğluma xəbər verdiyindən oğlum dalımca gələrək məni evimizə apardı. Daha orada nə baş verməsindən xəbərim olmayıb”.
Siman qeyd edib ki, daha Sonradan kafeyə kimin güllə atmasını, bunu nə məqsədlə etməsini bilməyib və bu barədə də məlumatı olmayıb: “Həmin hadisə zamanı Fərid əvvəlcə başı, sonra isə yumruqla mənə zərbələr atsa da, həmin zərbələr mənə zəif dəydiyindən heç bir xəsarət almamışam. Fəridin həmin gün nə üçün mənə sataşıb, məni vurmasının səbəbini bilməmişəm. Kafenin içərisində Fəridin mənə qarşı hərəkətləri təxminən 3-4 dəqiqə kimi, çöldə isə üzərinə hücum edərək məni vurmaq istəməsi 1-2 dəqiqə kimi davam etdi. Həmin vaxt Fərid həm də ünvanıma pis söyüşlər etdi”.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 2 il müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri