Icma.az
close
up
RU
Bakıda 33 yaşlı oğlan qohumunu bıçaqladı TƏFƏRRÜAT

Bakıda 33 yaşlı oğlan qohumunu bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Binəqədi rayonunda 1992-ci il təvəllüdlü Əhməd Məmmədov (ad-soyad şərtidir – red.) atasının dayısı oğlu Vaqif Vəliyevə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini Əhməd əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyinin təsiri altında  anlaqsız vəziyyətdə, yəni öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək  və onu idarə etmək iqtidarında olmadan 14 iyun 2024-cü ildə, saat 13 radələrində qohumu Vaqifin yaşadığı evin qarşısına gəlib. 
O, Vaqifdən ona yaxınlaşmasını xahiş edib və heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində olan mətbəx bıçağı ilə onun sol bel nahiyyəsindən bir dəfə qəsdən vurub.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, törətdiyi əməlindən peşmandır: “Zərərçəkmiş şəxs ilə eyni kənddə yaşayırdıq. Sonuncu ilə qohumluq münasibətlərim var. Zərərçəkmiş şəxs atamın dayısı oğludur. Mən Zərərçəkmiş şəxsə bıçaqla vurmuşam. Zərərçəkmiş şəxsi vurmağımın səbəbi sonuncunun məni uzun müddət əvvəl söyməsi olub. Mən əvvəlcə zərərçəkmiş şəxsi çölə çağırmışam və heç nə demədən qarın boşluğundan bir dəfə bıçaqla vurmuşam. Bu hadisəni heç kim görməyib. Zərərçəkmiş  şəxsi vurduqdan sonra sonuncu mənə heç nə demədi. Daha sonra özüm birbaşa polisə gedərək təslim oldum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vaqifin sözlərinə görə, təqsirləndirilən Əhməd onun bibisi nəvəsidir: “İyunun 14-də Xocasən qəsəbəsində yaşadığım evin həyətində iş görürdüm. Həmin vaxt kiminsə məni çağırdığını eşitdim. Gördüm ki, məni çağıran Əhməddir. O, qapıdan bir qədər aralı dayanmışdı. Əhməd mənimlə işi olduğunu və çölə çıxmağımı bildirdi. Mən çölə çıxan zaman qapı açıq olub. Əhməd mənə işi düşdüyünü bildirdi və qapını bağlamağımı istədi. Mən qapını bağlamaq üçün arxaya çönən zaman Əhməd bir dəfə bıçaqla vuraraq qaçdı”. 
Zərərçəkmiş bildirib ki, daha sonra o, oğlu Ağamusanı çağırıb: “Oğlum Təcili Tibbi Yardıma zəng vurdu və Təcili Tibbi Yardım əməkdaşları gələrək məni xəstəxanaya apardılar. Mən Əhmədi heç vaxt söyməmişəm. Aramızda heç bir problem olmayıb. Münasibətlərimiz əvvəldən yaxşı olub. Mən Əhmədin psixi xəstəliyinin olduğunu əvvəldən bilirdim. Əhmədə qarşı şikayətçi deyiləm, ona qarşı heç bir şikayət və tələbim yoxdur”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhmədin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub.
Əhmədin ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. 
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri