Salyanda ağır qəza: vəzifəli şəxs öldü Hadisə yerindən FOTOLAR
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə qeydə alınan yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə saat 19 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Şorsulu kəndi ərazisində baş verib.
Hadisə zamanı “Lada” VAZ-2106 və “Niva” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Musatafa Əhmədov və Mübaşir Qurbanov hadisə yerindəcə ölüb, xəsarət alan Cəlal Quliyev, Samir Zeynalov və Mahir Əzizov isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüblər.
Xəsarət alan Mahir Əzizovun komatoz vəziyyətdə olduğu bildirilir.
Mübaşir Qurbanov Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
ə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Yanvar 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















