Salyanda yanğın olub, iki mindən çox ot bağlaması yanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Salyan, 31 may, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda baş verən yanğın hadisəsi zamanı, iki mindən çox ot bağlaması yararsız hala düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb. Kənd sakininə məxsus təsərrüfatda baş verən yanğın zamanı iki mindən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:120
Bu xəbər 31 May 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















