Şamaxı Azərbaycan klublarını geridə qoydu
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hazırkı mövsümdə 21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizini təhlil edib.
Oxu.Az xəbər verir ki, araşdırmada 65 dünya liqası yer alıb. Bura Azərbaycanın Misli Premyer Liqası da daxildir.
Siyahıya əsasən, sözügedən yaş kateqoriyasının futbolçularına ən çox oyun vaxtı verən klubumuz 22.5 faizlə "Şamaxı" olub.
Bölgə təmsilçisindən sonra isə "Neftçi" (13.1 faiz), "Sabah" (9.3 faiz), "Sumqayıt" (8.2 faiz), "Zirə" (7.0 faiz), "Qarabağ" (5.7 faiz), "Səbail" (3.2 faiz), "Kəpəz" (3.1 faiz), "Araz-Naxçıvan" (2.5 faiz) və "Turan-Tovuz" (2.1 faiz) gəlir.
Qeyd edək ki, sözügedən araşdırmada ən yüksək nəticə Belçikanın "Lommel" klubundadır - 69.6 faiz.
Baxış sayı:106
Bu xəbər 07 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















