AFFA İntizam Komitəsi Şamaxı və Kəpəz klublarını cərimələyib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXI turunda baş verən qayda pozuntularına görə "Şamaxı" və "Kəpəz" klublarını cərimələyib.
SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
"İmişli" – "Şamaxı" oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib. "Sabah" – "Kəpəz" matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu səbəbdən oyunçu 2 matçlıq diskvalifikasiya edilib, "Kəpəz" klubu isə 1000 manat məbləğində cərimələnib.
Bu mövzuda digər xəbərlər:AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
06 Noyabr 2025 13:56
AFFA İntizam Komitəsi Qarabağ və Sabah klublarını cərimələyib
03 İyun 2025 23:25
AFFA İntizam Komitəsi Zirəni cərimələyib
14 May 2026 15:41
AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb
26 Fevral 2026 15:11
Baxış sayı:94
Bu xəbər 26 Fevral 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















