“Şamaxı” iki futbolçusunu komandadan çıxardı
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Şamaxı” iki futbolçusu – müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə yolları ayırması ilə bağlı rəsmi açıqlama yayıb.
Globalinfo.az xəbər verir ki, klub hər iki oyunçu ilə müqaviləyə xitam verildiyini bəyan edib.
Qeyd edilib ki, məsələ ilə bağlı klub hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir.
Xatırladaq ki, komandanın baş məşqçisi Ayxan Abbasov da ötən gün “Turan Tovuz”la keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında sözügedən futbolçularla bağlı çox danışmaq istəmədiyini bildirib: “Bəzi futbolçularla problemlərimiz var idi, ona da klub olaraq düzgün qərar verdik”.
Baxış sayı:118
Bu xəbər 10 Dekabr 2024 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















