Şamaxı Qobustan ərazisini əhatə edən tədqiqat proqramının nəticələri təqdim olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
SOCAR-da Şamaxı-Qobustan ərazisini əhatə edən innovativ hava qravimetriya tədqiqat proqramının nəticələrinin təqdimatı olub.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən SOCAR-ın Təbii ehtiyatların kəşfiyyatı seqmenti üzrə vitse-prezidenti Arzu Cavadova kəşfiyyat komandasının strateji baxışı və əsas məqsədləri barədə məlumat verib.
“Caspian Geophysical” MMC-nin baş icraçı direktoru Kamran Zahid yüksəkkeyfiyyətli məlumatların əsaslı kəşfiyyat qərarlarının qəbulundakı rolunu vurğulayıb.
Böyük geofizik Ayaz Qasımov qravimetriya tədqiqatlarının kəşfiyyat alətlərinə inteqrasiyasının strateji əhəmiyyətinə dair təqdimat edib. Cəmi yeddi əməliyyat günündə 5000 kvadratkilometr ərazidən məlumat toplanması – bu texnologiyanın həm Azərbaycanda, həm də regionda ilk tətbiqidir və əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.
“Metatek” şirkətinin baş direktoru Conatan Vatson mürəkkəb relyef şəraitində qravimetrik məlumatların toplanması və işlənməsi zamanı qarşılaşılan texniki çətinliklər və analitik yanaşma barədə danışıb. Qravimetriya tədqiqatı ilə yanaşı, yüksək dəqiqlikli LiDAR və maqnit məlumatları da əldə olunub. Bu məlumatların mövcud seysmik məlumatlarla inteqrasiyası Şamaxı-Qobustan regionunda quruda neft-qaz kəşfiyyatı üzrə qərarların daha dəqiq və səmərəli şəkildə qəbuluna imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 21 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















