Icma.az
close
up
RU
Şuşa Ağdərə Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq

Şuşa Ağdərə Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Həmin milli park Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə müsahibəsində deyib.

“Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və onun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. On milli parkla kifayətlənmirik. Ölkə ərazisində yeni milli parkların yaradılması ilə bağlı tədqiqatlar aparılır. Bunun nəticəsidir ki, iki yeni milli parkın yaradılması istiqamətində artıq bir çox işlər həyata keçirilib. Bunlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında İlisu Milli Parkının yaradılması, digər layihə isə Axar-Baxar dağ silsiləsi, Alazan çayı vadisində Axar-Baxar Milli Parkının yaradılmasıdır. Həmçinin işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparılır və orada da milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Nəinki milli parklar, həmçinin digər kateqoriyalı təbiət ərazilərinin yaradılması ilə bağlı işlərimiz var. Zaqatala qoruğunun nəzdində Zaqatala Biosfer Rezervatının yaradılması, həmçinin palçıq vulkanları kimi unikal təbiət komplekslərinin mühafizəsi məqsədilə məhz Bakı və Abşeron yarımadasında Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması yaxın gələcəkdə həyata keçirəcəyimiz layihələrdən biridir. Eyni zamanda, mühafizə olunan ərazilərdən kənar ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin mühafizəsi məqsədilə ötən ildən etibarən Bakı və Bakıətrafı ərazilərdə 10 mikrorezervat yaradılıb. Burada məhz “Qırmızı kitab”a düşmüş və sayı kritik həddə azalmaqda olan bitki növləri qorunur”, - deyə A.Babayeva qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri