Şamaxı rayonunda zəlzələ qeydə alınıb
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan SİA-ya verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Şamaxı rayonunda zəlzələ qeydə alınıb
20 Noyabr 2024 07:49

