Icma.az
close
up
RU
Bizi kim və necə idarə edir? MÜSAHİBƏ

Bizi kim və necə idarə edir? MÜSAHİBƏ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Filosof, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötgünün SİA-ya müsahibəsini təqdim edirik:

- Filosof kimi cəmiyyətimizin ümumi mənzərəsini necə təsəvvür edə bilərsiniz?

- Müharibədən çıxmış, 30 ilin ağır yükünü çiynindən atmış bir xalqıq, bizim ən gözə dəyən tərəfimiz bu olmalıdır. Adətən mənə bu sualı verəndə deyirəm ki, bütün insanlara xas olan yanlışlıqlar və illüziyalar bizə də xasdır. Təbii ki, Alman cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında spesifik fərqlər də olacaq. Amma orada da, burada da insanlar insan həyatı yaşayırlar, illüziyalardan gerçəkliyə doğru yol alırlar. Ona görə də, heç vaxt özəl azərbaycanlı səhvləri, qüsurlarından danışmıram.

- Azərbaycan kültürü, məişəti hansı dəyərlərə söykənir?

- Hər bir xalqın mədəniyyəti həqiqətə, həqiqət haqqındakı anlayışa söykənir. Bu o qədər önəmli məqamdır ki, xalq nəyi ali həqiqət sayırsa, bütün həyatını onun üzərinə qurur. Ailə, dövlət institutunu, qohumluq, bütün sosial münasibətlərini, iqtisadi, hüquqi münasibətlərinin hamısına xalqın həqiqət haqqında təsəvvürü dominant yol verir. Bizim də həqiqət haqqında anlayışımızın haradan qaynaqlandığını bilmək üçün birinci növbədə mifologiyaya baxmaq lazımdır. Çünki o ən dərin qatdır. "Kitabi-Dədə Qorqud"a, dastan, nağıllarımıza baxmaq lazımdır. Çünki biz oradakı mənalardan asılıyıq. Biz bütün həyatımızı o mənalar üzərində qururuq, bütün mahnılarımız muğam notları üzərində qurulduğu kimi. Muğam notları bizim həqiqətimizdir. Həyatımızdakı həqiqətlər də həqiqət haqqındakı təsəvvürlərimizə əsaslanır. Birinci mifoloji qat, ikinci isə dini qatdır. Bizim təbii Zərdüştlük dövrümüz də olub. Təəssüf ki, kitabda təmiz şəkildə qalmayıb. Sonradan Azərbaycan xalqı bir müddət xristian da olub. Artıq xeyli əsrdir ki, bu xalq müsəlmandır. İstər-istəməz öz binasını Quranın həqiqətləri üzərinə tikib. Bəzən bir daşı belə çəkib çıxaranda laxlamaq problemi yaranır. Ona görə də, ailə və digər münasibətlərimiz bu və ya digər dərəcədə bu iki amilin üzərində qurulub.

- Ailə modeli necə olmalıdır?

- Mənim fikrimcə, Şərq min illər ərzində ailə modelini qadın və kişi təbiətinə, uşaqların təbiətinə uyğun nizamlayıb. O modeli də çoxdan verib. Aşağı-yuxarı Yaxın Şərqdən tutmuş uzaq Şərqə qədər ailə modeli eynidir. Burada atanın məsuliyyəti, qoruyuculuq funksiyası, liderliyi öndədir. Qadın da ailənin bütün mehribanlıq yükünü daşımağı, gözəllik, rəhm yükü var. Uşaqlar yalnız bu mühitdə böyüyə bilər. Uşaqlar qadının özündən saçdığı yumuşaq enerjinin içində böyüyə bilər. Uşaqlar da xeyli müddət ananın himayəsini hiss edirlər. Ata da bu ailəni qoruyur və təmin edir. İdeal ailə budur. Təbii ki, son əsrlərdə həyatımızın yönü dəyişdi. Qadın evdən çıxdı, işləməyə, kişilərlə yarışmağa başladı. Çox çətin oldu. Modellər sarsılmağa başladı. Həyat dəyişməyə başladı, təəssüf ki, insanlar həyatı sahiblənməyi öyrənmədilər. Elə həyat yaratdılar ki, öz axarı ilə gedir, insanlar onu idarə etmirlər. Son vaxtlar filosofların da müşahidə etdiyi özəllikdir ki, elə qatara minmişik ki, onun əyləci bizdə deyil. İstədiyimiz vaxt düşə də bilmirik. Qatar gedir, biz ona uyğunlaşmalıyıq. İstədiyimiz dünyanı qura bilmədik. Sanki bu dünyanı bizə şeytan qurdu, biz də ona uyğunlaşdıq. Lazım idi ki, insan öz dünyasını qurub, öz dünyasını idarə edəydi. Texniki vasitələrə çox meyilləndik. Şərq uzun illər insanı kamilləşdirmək üzərində fikirləşdi. Amma Orta əsrlərdən sonra əhəmiyyətli dəyişiklik baş verdi. Bu dəyişiklik xüsusilə Avropada baş verdi. Hədəf dəyişməsi baş verdi. İnsanı kamilləşdirmək yox, texnikanı kamilləşdirmək üzərində dəyişiklik oldu. İnsanlar diqqəti mənəvi inkişafdan deyil, texniki inkişaf vasitəsilə dünyanı daha komfortlu etmək arxasınca getdilər. Elm və texnika əsas amil olaraq üzə çıxdı. Bunun da öz pərəstişkarları oldu. Müasir dünyada bir çox insan düşünmədən texniki inkişafı bəşəri inkişafın əsas əlaməti sayır. Əslində bir çox insan neandertal səviyyəsində qalıb, amma əlində smartfon var. Bu ziddiyyət zəmanəmizin əsas ziddiyyətidir.

- Ailədə qadınla kişinin funksiyası nədir? Onların öhdəlikləri necə nizamlanmalıdır?

- Hər kəsin ailəsində özəl bir durum var. Qadının işi çox çətin oldu. Həm işləyir, maaş qazanır, həm də evdə qadın funksiyalarını etməlidir. Çünki qadınlıq yerini kiməsə verəndə diskomfort yaşayacaq. Özünü təsdiq baxımından problem yaranacaq. Uşaqlar da bu durumdan çox əziyyət çəkirlər. Eyni zamanda kişi də çox böyük kompleks keçirir. Çünki kişi qadınla bərabər olub. Əslində kişini minilliklər boyu yaşadan onun üstünlüyü, gücü idi, o, avtoritetdir. İndi onu liderlik taxtından çıxarıblar, bərabərhüquqlu adam olub. Bəzən evdə uşaqlardan da böyük hüquqa malik olmur. Tərbiyə prosesi də idarədən çıxır. Atanın evdə liderliyi olmayanda gələcəkdə qız uşağının həyatına təsiri olur, oğlan uşağının ailə həyatına təsiri olur. Bilirsiniz ki, oğlan və qızlar öz valideynlərindən gördükləri davranış modellərini öz ailələrində də tətbiq edirlər. Amma bizim ağlımız dəyişə bilir, çox fərqli fəlsəfələrə uya bilirik. Dəyişə bilmədiyimiz nöqtə fitrətimizdir. Fitrətdə isə bu var ki, onun sevdiyi oğlan ondan güclü, ağıllı olsun, boyca da hündür olsun. Qadın və kişi münasibətlərinin mahiyyətində bu var ki, kişi qadını fəth etməlidir. Təbiəti dəyişə bilmirlər, ağlı dəyişirlər. Biz indi təbiətlə savaşın şahidi oluruq.

- Qadınların işləməyindən danışdıq. Sizə görə, bu tənzimlənmə necə olmalıdır?

- Qadınla kişi, təbii ki, bərabərhüquqludur. Bütün insanlar cinsindən, irqindən asılı olmayaraq bərabərhüquqludur. Biz bu dəqiqə sadəcə təbiətdən danışırıq. Təbiəti nəzərə almayanda gərək sonra imtiyazlar verəsən. Feminizmin əsas qayəsi əslində bərabər şərtlər üçün deyil, imtiyaz uğrunda gedən mübarizədir. Kişi işçi ilə, qadın işçinin təbii ki, effektində fərq olacaq. Ən azından ona görə ki, kişi ana olmur, analıq dekretinə getmir, onun kariyerası tamam başqa cür qurulur. Hələ mən onun əqli inkişafından, motivasiyasından danışmıram. Bərabərlikdən danışsaq, qadına daim imtiyazlar yaratmalı olacağıq. Halbuki bu işi, onsuz da, kişi edə bilir. Bu işi verin kişi qadını üçün etsin. Əgər biz klassik kişi-qadın münasibətlərini öz fəlsəfəmizdə saxlayacağıqsa, o zaman qadının da, kişinin də xoşbəxt olmasına şans var. Bu modeli ardıcıl olaraq danışacağıqsa, bu, təbiətə qarşı səlib yürüşü olacaq. Təbiət də qisasını alacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri