Icma.az
close
up
RU
Hindlilərin axın etdiyi “Atəşgah məbədi”ndə möcüzə yaşadıq REPORTAJ

Hindlilərin axın etdiyi “Atəşgah məbədi”ndə möcüzə yaşadıq REPORTAJ

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tribunainfo.az “Atəşgah məbədi”ndən reportajı təqdim edir:

Bakının mərkəzindən kənarda, Suraxanı kəndi yaxınlığında yerləşməsinə baxmayaraq “Atəşgah məbədi”nə hər gün turistlər axın edir. Xüsusilə də hindlilər. Mədəniyyətləri qovuşduran məbəd 17-ci əsrə aiddir. Burada, hələ qədimlərdən oda səcdə, dua etmək, ticarət etmək üçün hind tacirlər üz tuturdu. Memarlıq fars və hind üslubunun qarışığıdır. Məbəddə daş kitabələr üzərində sanskrit və pəncab dillərində yazılar həkk olunub.

Məbədi qızımı “Pəri miniatür”ün rəsm kursuna gətirərkən kəşf etdim. Burada turistlər üçün nəzərdə tutulmuş əl işləri, keramik qablar, kətan geyimlər, dəri çantalar və s. satılır. Hindlilərin bura niyə axın etdiyini bilmirdim. Məbədə daxil olmaq üçün yerlilərə giriş 2 manat, uşaqlara pulsuz, turistlərə 4 manat nəzərdə tutulub. “Atəşgah” restoranında milli mətbəximizə aid olan gözəl təamlar təqdim olunur. Bir porsiya plov 10 manat olsa da qızımla birlikdə yeyib doyduq. Nənəmin plovu kimi dadlı idi. Amma ziyarətə gəlmək istəsəniz termusda çay və çörəkarası nəsə, mütləq götürün. Yeməklər çox bahalıdır. Bu da başadüşüləndir. Çünki turistik məkandır. Məbədin mərkəzində od yanır. Çünki burada hələ 17-ci əsrdə təbii qaz çıxışı olan yerdə məbədi inşa ediblər.

_cuva

Kiçik otaqların bəzisinin qapısı bağlı idi. İçimə şübhə düşdü ki, bura niyə bağlıdır, bəlkə elə bağlı qapılar arasında sirri-xuda var, nirvanaya qalxa bilərik. Qapıçı qadın mistik axtarışlarıma son qoyaraq, bildirdi ki, otaqlar boş olduğu üçün bağlıdır. Digər otaqlarda möhtəşəm mədəniyyət nümunələri, insandan seçilməyən heykəllər, qədim qablar, geyimlər vardı. Otaqlardan birinin önündə arıya bənzər xeyli böcək uçuşurdu. Halbuki ətrafda şirin şey yox idi. Hindlilərdən biri bu böcəklərin müqəddəs ruhlar olduğunu bildirdi. Hindli qadının balaca övladı hədsiz ağlayırdı, atası “otağa salaq, kiriyəcək”, – dedi. Elə də oldu, uşaq anidən sakitləşdi. Otaqlardan birində meditasiya musiqisi səslənirdi, qədimliyin aurası duyulurdu. Gecələri diş ağrısından yata bilmirdim, bu otaqlarda hüzur bütün ağrılarımı, dünyəvi dərdlərimi unutdurmuşdu. Evə getmək istəmirdim.

Yaşlı bir hindliyə yaxınlaşdım. Adının Rahul olduğunu dedi. İcazə alıb fotosunu çəkdim. Mənim haralı olduğumu soruşdu. Mən də Azərbaycanlı olduğumu dedim. Reportaj hazırladığımı bildirəndə saytımızın adını cibindən çıxardığı balaca qeyd dəftərçəsinə yazdı. Ondan nə üçün bura daha çox hindlilər gəlir deyə soruşduqda, yaşlı hindli bildirdi ki, qədim zamanlarda atəşpərəst hindlilər burada divarlar tikib. Həmin divarın önündə aylarla hərəkətsiz qalaraq oda səcdə ediblər.

_cuva

Qeyd edim ki, burada zərdüşlər də ibadət edib. Bakının “odlar diyarı” adlandırılması da bu məbədlə bağlıdır.

Hindlilərlə yanaşı məbədi ziyarətə gələn ruslar və kanadalılarla qarşılaşdım.

Düşünürdüm hindlilər meditasiya edəcək, mən də onlara qoşulacam. Amma hamı şəkil çəkdirir, tələsik otaqları gəzir, həyətdə oturub ətrafa baxırdılar. Tələsən insanlar dövründə hiss etdim ki, adamlar heç nədən zövq ala bilmirlər. Sadəcə şəkil çəkirlər.

_cuva

Otaqlarda ingilis dilində məlumatlar olmağına baxmayaraq bələdçi turistləri ətraflı məlumatlandırırdı.

Fərqli məkan axtarışındasınızsa, mütləq yolunuzu “Atəşgah”dan salın. Sizi əmin edirəm ki, hüzur tapacaqsınız, əgər qədim və tarixi yerləri sevirsinizsə.

Hazırladı: Dəniz Pənahova

_cuva _cuva _cuva

_cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva _cuva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri