“Şamaxı” “Turan Tovuz”la görüşə tam heyətlə hazırlaşır
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Futbol üzrə Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”u qəbul edəcək “Şamaxı”nın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə “Şamaxı” futbol komandasının sözçüsü Yusif Hüseynli məlumat verib.
“Millillərin düşərgəsində olan futbolçular komandaya bu gün qoşulacaqlar. Aralarında zədələnən yoxdur. Ümumiyyətlə, hazırda komandada nə cəzalı var, nə də zədəli. Artıq braziliyalı mərkəz müdafiəçisi David Santos da sıraya dönüb və sifariş olunub. Onun “Turan Tovuz”la matçda meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Şamaxı” - “Turan Tovuz” qarşılaşması noyabrın 21-də keçiriləcək. Şamaxı şəhər stadionunda reallaşacaq görüşün start fiti 14:30-da səsləndiriləcək. Hesabında 14 xal olan Şamaxı təmsilçisi turnir cədvəlinin yeddinci, 21 xala malik Tovuz komandası isə üçüncü pilləsində mövqe tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Noyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















