Şamaxı və Qarabağ qələbə qazanıb
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XXXII turunda daha iki görüş baş tutub.
"Report"un məlumatına görə, "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olub.
Şamaxı şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (10), Dioqo Balau (28) və Abdulla Rzayev (83) fərqləniblər. Tovuz klubundan isə İbrahima Vadji (65) və Alexandro Serrano (73) rəqib qapısına yol tapıblar.
Bu nəticədən sonra "Turan Tovuz" 59 xalla 3-cü pillədə yer alıb. 38 xala malik "Şamaxı" isə 8-cidir.
Günü digər matçında "Qarabağ" "İmişli" ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Topları Kamilo Duran (47), Marko Yankoviç (66-p.) və Abdullah Zubir (78) rəqib qapısından keçiriblər.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda hazırda 66 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 33 xala malik "İmişli" isə doqquzuncudur.
Xatırladaq ki, turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.
Baxış sayı:138
Bu xəbər 16 May 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















