Icma.az
close
up
RU
Şamaxı zəlzələsi və konkret cavabı olmayan sual Azərbaycan zəlzələyə nə dərəcədə hazırdır?

Şamaxı zəlzələsi və konkret cavabı olmayan sual Azərbaycan zəlzələyə nə dərəcədə hazırdır?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Şamaxı yenə silkələndi. Fevralın 27-də baş verən 4,7 maqnitudalı zəlzələdən sonra bölgədə 600-ə yaxın afterşok qeydə alındı. Bu rəqəm ilk baxışda qorxuducu görünsə də, mütəxəssislər bunu təbii və hətta müsbət proses kimi qiymətləndirirlər.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişlinin sözlərinə görə, ocaqda yığılan gərginliyin xırda təkanlarla boşalması daha güclü və dağıdıcı zəlzələ ehtimalını azaldır. Yəni təbiət öz enerjisini mərhələli şəkildə buraxır.

Ancaq məsələ təkcə geofiziki proseslərlə bitmir. Hər zəlzələdən sonra cəmiyyəti narahat edən yalnız bir məsələ yaranır. Azərbaycan, xüsusilə də yeni tikililər, güclü zəlzələyə hazırdırmı?

Şamaxı tarix boyu zəlzələlərlə üzləşmiş bir bölgədir. Coğrafi mövqeyi onu seysmik cəhətdən aktiv zonaya çevirir. Bu fakt dəyişməzdir. Dəyişə bilən isə insanın hazırlıq səviyyəsidir. Afterşokların çoxluğu göstərir ki, yerin altındakı proseslər hələ də aktivdir. Bu isə tikinti standartları, şəhərsalma siyasəti və nəzarət mexanizmləri barədə daha ciddi düşünməyi zəruri edir.

Rəsmi qaydalara görə, Azərbaycanda inşa olunan yeni binalar seysmik norma və standartlara uyğun tikilməlidir. Xüsusilə Bakı və Abşeron yarımadası da daxil olmaqla bir çox bölgə yüksək seysmik risk zonasına daxildir. Layihələndirmə mərhələsində 7-9 bal gücündə zəlzələyə davamlılıq nəzərə alınır. Lakin əsas məsələ normanın mövcudluğu deyil, onun icrasıdır.

Tikintidə istifadə olunan materialların keyfiyyəti nə dərəcədə nəzarətdə saxlanılır? Layihədən kənar dəyişikliklər edilirmi? Bünövrə və daşıyıcı konstruksiyalar lazımi şəkildə yoxlanılırmı? İstismara qəbul prosesi formal xarakter daşımır ki? Bu sualların cavabı cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. Çünki zəlzələ insanı yox, zəif tikilini öldürür.

Sovet dövründə tikilmiş binaların bir qismi müəyyən seysmik hesablamalara əsaslansa da, illər keçdikcə materialların yorulması, əlavə mərtəbələrin artırılması, mənzillərdə aparılan qeyri-qanuni dəyişikliklər onların dayanıqlığını zəiflədə bilər.

Digər tərəfdən, bəzi yeni tikililərdə sürətli və kommersiya yönümlü tikinti prosesi keyfiyyətə təsir göstərə bilər. Bu isə paradoks yaradır. Yeni bina həmişə daha təhlükəsiz demək deyil.

Cəmiyyət olaraq bizim ən zəif tərəfimiz məhz maarifləndirmədir. Çox zaman zəlzələ başlayanda panika davranışı real təhlükədən daha böyük risk yaradır. Şamaxıda qeydə alınan yüzlərlə xırda təkan bir mesajdır. Biz seysmik zonada yaşayırıq və bunu unutmaq olmaz. Təbiət öz qanunları ilə işləyir. Onu dayandırmaq mümkün deyil, amma nəticələrini azaltmaq mümkündür.

Mütəxəssislərin dediyi kimi, hazırda gərginliyin boşalması müsbət haldır. Lakin bu nisbi rahatlıq arxayınlıq yaratmamalıdır. Əksinə, bu zaman tikinti nəzarətini gücləndirmək, köhnə binaların auditini aparmaq və əhalinin maarifləndirilməsini artırmaq üçün fürsət kimi dəyərləndirilməlidir.

Azərbaycan zəlzələyə tam hazırdır demək çətindir. Normativ baza mövcuddur, mütəxəssislər var, seysmik monitorinq sistemi işləyir. Amma real təhlükəsizlik yalnız kağız üzərində deyil, praktikada təmin olunmalıdır.

Şamaxıdakı zəlzələ və 600-ə yaxın afterşok bizə bir daha xatırladır ki, məsələ zəlzələnin olub-olmamasında deyil. Məsələ onun nə vaxt və nə qədər güclü olacağında da deyil. Əsas məsələ bizim nə qədər hazır olduğumuzdur. Çünki zəlzələ qaçılmazdır. Faciə isə çox vaxt səhlənkarlığın nəticəsidir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Mart 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri