Şamaxıda narkotik çəkib qəza törədən sürücü həbs olundu
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qobustan rayon sakini Rövşən Quliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə Şamaxı şəhərində yol-nəqliyyat hadisəsi törədib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
R.Quliyev barəsində toplanan material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay inzibati qaydada həbs olunub.

Şamaxıda narkotikin təsiri altında qəza törədən sürücü həbs olundu FOTO
26 Noyabr 2024 17:32
Şamaxıda narkotikin təsiri altında qəza törədən sürücü həbs olunub
26 Noyabr 2024 14:01
Şamaxıda narkotikin təsiri altında qəza törədən sürücü həbs edildi FOTO
26 Noyabr 2024 13:38
Narkotik çəkib maşın sürən 14 sürücü həbs
21 Yanvar 2025 09:59
Oğuzda narkotik çəkib maşın sürən həbs olundu
17 Yanvar 2025 11:38

