Şamaxıda narkotikin təsiri altında qəza törədən sürücü həbs olundu FOTO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Şamaxıda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olunub.
Qobustan rayon sakini Rövşən Quliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə Şamaxı şəhərində yol nəqliyyat hadisəsi törədib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
R.Quliyev barəsində toplanan material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay inzibati qaydada həbs olunub.
Bizim.Media

Şamaxıda narkotikin təsiri altında qəza törədən sürücü həbs edildi FOTO
26 Noyabr 2024 13:38
Şamaxıda narkotikin təsiri altında qəza törədən sürücü həbs olunub
26 Noyabr 2024 14:01
Narkotikin təsiri altında qəza törədən sürücü həbs olundu
26 Noyabr 2024 14:42
Şamaxıda narkotik çəkib qəza törədən sürücü həbs olundu
26 Noyabr 2024 13:17

