Icma.az
close
up
RU
“Şamaxı”nı gözləyən maliyyə sıxıntısı nə ilə nəticələnəcək?

“Şamaxı”nı gözləyən maliyyə sıxıntısı nə ilə nəticələnəcək?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA-nın ötən həftənin cümə günü, yəni aprelin 11-də keçirilən Hesabat Konfransında 2025/26 mövsümündə Misli premyer-liqasında çıxış edəcək klublar üçün ayıracağı məbləğ də açıqlandı. Bəlli oldu ki, qurum yeni “futbol ili”ndə də klublar üçün 30 milyon manat ayıracaq. Sadəcə, bu məbləğ artıq 10 yox, 12 komanda arasında bölüşdürüləcək. Bu o deməkdi ki, hər komanda üçün 3 yox, 2,5 milyon manat ayrılacaq.

Bilindiyi kimi, hazırda premyer-liqanın yeganə sponsorsuz klubu “Şamaxı”dı. Növbəti mövsümdən elita klublarının yarışında iştirak edəcəyi dəqiqləşən “Qəbələ”nin də maliyyə durumu pis deyil. Bununla belə, “İmişli”nin də maliyyə dayaqları var. Hələ 2023-cü ilin yayında klubla RDC MMC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
İstənilən halda, “Şamaxı”nı rəqibləriylə müqayisədə daha çətin günlər gözləyir. Premyer-liqada legioner limitinin ləğv edilməsi, baş məşqçi Ayxan Abbasovun həm də U-21-i çalışdırması kimi məqamlar bölgə təmsilçisinin gələcəyi ilə bağlı narahatlıq doğurmaya bilməz. Maraq üçün qeyd edək ki, klub ötən mövsüm 1-ci liqada çempion olan heyətinə borclarını bu ilin martında ödəyə bilib. Ümumiyyətlə, hazırda maddi durumuna görə problemlə üzləşəcəyi gözlənilən komandalarla bağlı bütün oxlar “Şamaxı”nı göstərir. Elə Ayxan Abbasov da vəziyyətlə bağlı narahatlığını gizlətmir.
Mütəxəssis “Sumqayıt”la matçdan sonra keçirilən mətbuat konfransında AFFA-nın bu qərarının ən böyük zərbəni “Şamaxı”ya vuracağını etiraf etdi. Təbii ki, belədə ağda Futbolun İnkişaf Fondunun (FİF) fəaliyyəti gəlir. Görəsən, sadalanan məqamlar fondun əsas fəaliyyət istiqamətinin “şirlər”in üzərində cəmləşməsinə səbəb ola bilərmi?
Bu sualla FİF-in icraçı direktoru Tural Piriyevə müraciət etdik. O, "Football-plus.az"a açıqlamasında durumu belə şərh etdi:

“Əvvəlcə “Sumqayıt” üzərində qazanılan qələbə münasibətilə “Şamaxı”nı təbrik edirəm. Ayxan müəllimin də müsahibəsiylə tanışam, dediklərində həqiqət var. “Şamaxı” premyer-liqada tək baş sponsorsuz klub olduğu üçün bizim üçün prioritetlər sırasındadı. Necə ki, vaxtilə “Turan Tovuz” və “Kəpəz” belə idi. Ancaq mən məsələyə başqa prizmadan yanaşardım. Bizim fondun əsas missiyası bölgə klublarının dayanıqlı inkişafına və gəlir diversifikasiyasına nail olmaqdı. Nə dövlət dəstəyi, nə də baş sponsor ömürlük maliyyə kanalı deyil. Hansının nə qədər davam edəcəyini heç kim dəqiq deyə bilməz. Dövlətimizin futbola dəstəyini yüksək qiymətləndiririk. Təki bu dəstək daimi olsun. Lakin tək sponsordan asılılığın hansı nəticələrə gətirib-çıxardığını yaxın tariximizdə də görmüşük. Bu iki sahənin klub tərəfindən idarə edilməsinin mümkün olmadığı nəzərə alınmalıdı. Klublarımız bu müddəti düzgün dəyərləndirib, klubun bir məhsul kimi formalaşmağına və mümkün gəlir kanallarının aşkarlanıb, istifadə edilməsinə ciddi diqqət ayırmalıdı. Təəssüf ki, klublarımızın əsas diqqəti ancaq meydanda başverənlərdədi”.


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Aprel 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri