Icma.az
close
up
RU
Sabah Şamaxı nı qəbul edir

Sabah Şamaxı nı qəbul edir

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli premyer-liqasında 34-cü tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, bu həftə də üç gün ərzində çox maraqlı duellərin şahidi olacağıq. Ona görə ki, “Turan Tovuz”un 3-cü pilləyə yüksəlmək, “Səbail”in premyer-liqadakı yerini qorumaq şansı tükənmək üzrədi. Bu mənada “Kəpəz”lə “Sumqayıt” arasında prinsipial oyun baş tutacaqsa, “Səbail” “Zirə”ni məğlub etmək kimi çox çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq. Odu ki, yaxın əyləşin, detallara keçid alaq.
Misli premyer-liqası
4-cü dövrə, 34-cü tur
9 may
Sabah – Şamaxı

“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 10:+3=4-3, 14:12.
2018/19 – 1:2, 1:1; 2019/20 – 0:1; 2020/21 – 0:2, 1:1; 2021/22 – 2:1, 5:1; 2022/23 – 1:1, 1:0; 2024/25 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Bakı, “Bank Repsublika Arena”. Saat 19.00.
“Turan Tovuz”un “Zirə”nin meydanından məğlub ayrılması “Sabah” üçün ideal fürsət idi. Ona görə ki, Masazır təmsilçisi “Araz-Naxçıvan”ı məğlub etməklə avrokuboklara çempionat yoluyla getmək şansını artıa bilərdi. Lakin heç-heçəyə meyilli komandaların görüşündə ənənə pozulmadı. Daha doğrusu, yenə qalib müəyyənləşmədi. İndi “bayquşlar”ın premyer-liqada hansısa turnir hədəfinin qalmadığını desək, yanılmarıq. “Tələbələr” yalnız mövqeyini qorumaq haqda düşünməlidi. O başqa məsələ ki, yüksək maliyyə imkanlarına malik kollektivin ilk “dördlük”dən kənarda qalması belə acınacaqlı durumdu. Yenə də vəziyyətin daha pis həddə çatmasının qarşısını almaq olar. Elita klublarının yarışındakı ömrünü azı bir “futbol ili” də uzadan “Şamaxı”ya gəlincə, bölgə təmsilçisi mövsümlük hədəfinə çatıb. Hər halda, təzyiqdən xilas olan komandanın daha arxayın çıxış edəcəyinə şübhə yoxdu. Məğlubiyyət “şirlər” üçün faciə sayılmayaq. İş onadadı ki, qonaqlar Masazırdakı sonuncu qələbəsini nə az, nə çox - 5 il əvvəl qazanıb.
Ümumiyyətlə, komandalar indiyə qədər 21 dəfə qarşılaşıb. Bunların 6-da “Sabah”, 8-də “Şamaxı” qalib gəlib, 7-də hərəyə bir xal düşüb. Topların nisbətində “şirlər” öndədi – 25:21.
10 may
Səbail – Zirə

“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 15:+3=2-10, 8:17.
2017/18 – 0:1, 0:1; 2018/19 - +:-*, 0:2; 2019/20 – 1:0, 1:3; 2020/21 – 1:2, 0:0; 2021/22 – 1:2, 0:1; 2022/23 – 1:2, 2:0; 2023/24 – 1:2, 0:0; 2024/25 – 0:1.
* texniki qələbə top fərqində nəzərə alınmır.
Cəzalılar: Qismət Alıyev, Pyer Zebli (hər ikisi "Zirə").
“Futbol+”in proqnozu: 20-30-50.
Bakı, “ASCO Arena”. Saat 17.00.
Vəziyyətdən çıxış yolu tapmağa çalışan “Səbail” turdan-tura daha yaxşı nəticələr qazanmaq əvəzinə 1-ci liqaya aparan yoldan çıxmaq istəmir. Komanda sonuncu dəfə 20-ci turda “Kəpəz” üzərində qazanılan qələbəyə sevinib. O gündən bəri davam edən uğursuz seriya qırılmaq bilmir ki, bilmir və komanda üçün belə əlamətdar hadisənin “Zirə” ilə oyunda baş verəcəyinə inanmaq çətindi. Bəlkə də Bayıl təmsilçisi “Şamaxı”nın meydanında xallar itirməsə, bu yöndə daha nikbin fikirlər səsləndirmək olardı. Lakin “sarı-göylər”lə aradakı xal fərqinin mövsümün bitməsinə 3 tur qalmış 7-ə bərabər olması ümidli danışmağa imkan vermir. Qısası, “dənizçilər”in yeganə çıxış yolu döyüşməyə davam etmək və hansısa möcüzəyə ümid bəsləməkdi. Onsuz da ardıcıl ikinci mövsümdə gümüş medalları rəsmiləşdirən “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov heyətdə rotasiyalar etmək niyyətində olduğunu etiraf edib. Meydan sahibləri məhz bu məqamdan maksimum faydalanmalıdı. Başqa sözlə, qələbə qazanmalıdı. Yalnız bir şey bəllidi: “Səbail” bu görüşdə xal qazanmasa, 1-ci liqaya yuvarlanacaq! Və “Kəpəz” “Sumqayıt”la qalib gəlsə, qələbə belə “dənizçilər”ə yardım etməyəcək...
Bu komandalar indiyə qədər 30 dəfə qarşılaşıb. Bunların 4-də Bayıl, 20-də Zirə təmsilçisi qələbə qazanıb, 6-da qalib müəyyənləşməyib. Topların nisbətində “qartallar” öndədi – 44:19.
Turan Tovuz – Neftçi
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 5:+1=2-2, 6:4.
2022/23 – 0:1, 4:0; 2023/24 – 0:1, 1:1; 2024/25 – 1:1.
Cəzalılar: Ayxan Hüseynov (Turan Tovuz), Elvin Camalov (Neftçi).
“Futbol+”in proqnozu: 40-30-30.
Tovuz, şəhər stadionu. Saat 19.30.
“Turan Tovuz” mövsümü ilk “üçlük”də bitirmək istəyirsə, bu matç bəlkə də sonuncu şansdı. Düzü, mənə elə gəlir ki, “bozqurd”un baş məşqçisi Kurban Berdıyev çoxdan gözünü ölkə kubokunun finalına - “Qarabağ” – “Sabah” matçına dikib və “köhlən atlar”ın qələbə qazanmasını arzulamağa başlayıb. Axı mütəxəssis “Zirə”yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında yetərincə ümidsiz görünürdü... İstənilən halda, tovuzlular “doğma divarlar” arasında keçiriləcək oyunda qələbə qazanmalıdı. Çünki son 9 matçda cəmi bir dəfə qalib gələn kollektiv tərəfdarlarının könlünü almağa məcburdu. Düzü, məhz bu məqamı “Neftçi”yə də aid etmək olardı. Lakin “ağ-qaralar”ın bu haqda düşünüb-düşünmədiyiylə bağlı sual çoxdu. Ona görə ki, paytaxt təmsilçisi nəinki qələbəyə can atır, məğlubiyyətdən xilas olmaqda təsəlli tapır. Samir Abasov üçün bu məqam komandayla bağlı yeganə sevindirici haldı. Odu ki, Tovuzda hansısa prinsipiallığın ön planda olacağını düşünmək sadəlövhlük kimi görünür. Onsuz da bakılılar üçün mövsüm “bitib”.
Komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Bunların 1-də “Turan Tovuz”, 5-də “Neftçi” qalib gəlib, 5-də “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 15:9.
11 may
Kəpəz – Sumqayıt

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 54:+4=8-3, 13:11.
2011/12 – 1:1, 4:1; 2012/13 – 0:0, 1:0; 2015/16 – 3:1, 0:0; 2016/17 – 0:0, 1:0; 2017/18 – 0:3, 1:1; 2022/23 – 0:1, 0:1; 2023/24 – 1:1, 1:1; 2024/25 – 0:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Tovuz, şəhər stadionu. Saat 18.00.
Yuxarıda da bildirdiyimiz kimi, nəhayət, “Kəpəz” məhz bu tur premyer-liqada azı daha bir mövsüm qalacağını rəsmiləşdirməyə yaxındı. Bunun üçün heç-heçə də bəs edə edə bilər, qələbə qazanmaq da lazım gələ bilər. Hətta qəribə olsa da, uduzmaq da. Sadəcə, hər şey “Səbail” – “Zirə” matçının nəticəsindən asılıdı. Hər halda, Gəncə təmsilçisi qələbə qazanmağa üstünlük verməlidi. Çünki “sarı-göylər” bununla həm də “Sumqayıt”ın önünə keçəcək – 8-ci pilləyə yüksələcək. Əlbəttə, “kimyaçılar” da Tovuza məhz bu məqsədlə gələcək. Axı qalib gələn komandanın premyer-liqada qalacağı dəqiqləşəcəksə, bu amal uğrunda döyüşməyə dəyər.
Komandalar indiyə qədər 31 dəfə qarşılaşıb. Bunların 7-də “sarı-göylər”, 13-də “kimyaçılar” qələbə qazanıb, 11-də hərəyə bir xal düşüb. Topların nisbətində “gənclik şəhəri”nin təmsilçisi öndədi – 40:29.
Qarabağ – Araz-Naxçıvan
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+5=0-0, 11:2.
2000/01 – 1:0; 2001/02 – 3:0; 2023/24 – 2:1, 3:1; 2024/25 – 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Azərsun Arena”. Saat 20.00.
Bəli, çempionluğu təmin edən komandanın daha xala ehtiyacı yoxdu. Artıq formal xarakter daşıyan matçlar rotasiyalar hesabına keçirilə bilər. Lakin “Qarabağ”la “Araz-Naxçıvan”ın matçlarında prinsipial məqamlar az deyil. Bu üzdən “Azərsun Arena”da maraqsız oyun izləyəcəyimizi deyə bilərik. Digər tərəfdən, Muxtar Respublika təmsilçisi üçüncü pillədəki mövqeyini möhkəmlətməyə çalışmalıdı. İddialı komandaların duelini izləməyə dəyər. O başqa məsələ ki, “qırmızı-ağlar” heç vaxt “köhlən atlar”ın meydanında xal qazanmayıb.
Ümumiyyətlə, komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Bunların 7-də Ağdam, 3-də Naxçıvan təmsilçisi qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində “Qarabağ” öndədi – 24:13.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Şamaxı” son iki görüşdə qələbə qazanıb. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.
// “Səbail” son 8 oyunda qələbə qazanmayıb. “Zirə” son 4 matda qalib gəlib.
// “Neftçi” son 7 oyunda məğlub olmayıb. Son 3 matç heç-heçə başa çatıb.
// “Sumqayıt” son 3 oyunda qol buraxmayıb. “Kəpəz” son 4 matçda qalib gəlməyib.
// “Qarabağ” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan” son 3 matçda xal qazanmayıb.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri