Icma.az
close
up
RU
Şamaxının kapitanı: Möhkəm olmalıyıq

Şamaxının kapitanı: Möhkəm olmalıyıq

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Şamaxı"nın kapitanı Adil Nağıyev Sport24.az-a müsahibə verib. O, komandasının son oyunlarda qalib gələ bilməməsindən söz açıb.

- Azərbaycan Premyer Liqasının son turunda "Zirə"yə məğlub oldunuz... Oyunu necə şərh edərdiniz?

- Oyuna yaxşı hazırlaşmışdıq. Doğma meydanda qələbə qazanmaq istəyirdik. "Zirə"nin güclü futbolçuları var, yaxşı müdafiə olunurlar. Onlara qol vurmaq çətindir.

- İkinci hissədə sayılmayan qolunuz barədə nə deyə bilərsiniz?

- Baş hakimin qərarına hörmətlə yanaşırıq. Özümüz də baxdıq, oyundan kənar vəziyyət var idi.

- İkinci hissədə komandanız daha inamlı təsir bağışladı. İlk hissədə bu cür çıxış etməyə nə mane oldu?

- Bəli, ikinci hissə daha inamlı idik. İlk hissədə komanda olaraq son nöqtədə düzgün qərarlar verə bilmirdik. Problem yoxdur, futboldur, bu xalları biz qazanmışıq. Növbəti matçlarda daha yaxşı nəticələr qazanacayıq.

- "Şamaxı" 5 oyundur qalib gələ bilmir. Bu durumdan çıxış yolunu nədə görürsünüz?

- 6 oyun uduzmurduq, 5 oyundur qalib gələ bilmirik. Futbolun iki tərəfi var. Məğlubiyyətlər də olur, qələbələr də. Əsas odur bu durumdan komanda olaraq birlikdə çıxaq. Çətin qarşılaşmalar bizi gözləyir. Möhkəm olmalıyıq. Qış fasiləsinə qədər xallarımızı artırmaq istəyirik.

- Növbəti turda səfərdə "Neftçi"nin qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- "Neftçi"nin yeni baş məşqçisi var. Uğursuzluqdan çıxmaq istəyirlər. Bizimlə oyunda qalib gəlmək istəyəcəklər. Çalışacayıq qapımızda qol görməyib, ən azından məğlub olmayaq. Maraqlı oyun bizi gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sport24.az
archiveBu xəbər 05 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri