Şamaxının Baş planı hazırlanacaq
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Şamaxı şəhərinin Baş planının hazırlanmasına başlanılır.
Milli.Az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, komitə hazırda şəhərin baş planının hazırlanması üzrə tender elan edib.
Bildirilib ki, təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Xüsusi vurğulanıb ki, təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
"Müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır. Portal vasitəsi ilə aparılan məlumat mübadiləsi qanunvericilik tələblərinə uyğun olaraq 3-cü tərəflərə açıqlanmır", - məlumatda qeyd edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şamaxı şəhərinin baş planının hazırlanmasının 981,8 min manata başa gələcəyini proqnozlaşdırıb.
Milli.Az
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















