Icma.az
close
up
RU
Şamil Ayrım: 2025 ci il Türkiyə və Azərbaycan üçün yeni uğurlar dövrü olacaq AZƏRTAC

Şamil Ayrım: 2025 ci il Türkiyə və Azərbaycan üçün yeni uğurlar dövrü olacaq AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 17 yanvar, AZƏRTAC

“Biz Azərbaycanla bağlı ümidlərin gerçəkləşməsinin şahidi olmuş xoşbəxt Türkiyə vətəndaşlarıyıq. Vaxtilə Türkiyədə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması xəyal edilirdi. Bu, gerçəkləşdi”.

Bu barədə Ankarada “Heydər Əliyevin 100 illiyi” medalının təqdim edilməsi mərasimində Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

“Heydər Əliyevin 100 illiyi” medalı mənim üçün dövlətlərimizin gələcəyi naminə işləmək üçün yeni stimul olacaq. Türkiyəni Türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində hələ çox addımlar atılmalıdır”, - deyə Ş.Ayrım bildirib.

Onun sözlərinə görə, digər mühüm məqsəd Qərbi Azərbaycanda tarixi ədalətin bərpası və öz tarixi torpaqlarından deportasiya edilmiş yüz minlərlə azərbaycanlının öz Vətəninə qaytarılmasıdır. “İnsanın öz doğma torpaqlarına qayıtması beynəlxalq hüquqda təsbit olunub. Azərbaycanın bu məsələ ilə bağlı bütün tələbləri əsaslı və qanunidir, ona görə də Cənubi Qafqaz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vacibdir”, - deyə türkiyəli millət vəkili bildirib.

Deputat ötən ilin dekabrında Bakıda keçirilən “Qayıtmaq hüququ - Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda beynəlxalq konfransı tarixi ədalətin bərpası səylərində mühüm halqa adlandırıb.

Türkiyəli millət vəkili Ermənistan hakimiyyətini destruktiv siyasətindən əl çəkməyə çağırıb. “Qalib ölkə olan Azərbaycanın siyasəti qarşıdurma və müharibəyə deyil, regionda inkişafa və sülhə yönəlib. Bakının kursu Azərbaycanla qonşu olan dövlətlərin də rifahının artmasına öz töhfəsini verir”, - deyə o bildirib.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri daha sonra qeyri-regional dövlətlərin Cənubi Qafqazdakı vəziyyətə müdaxiləsinin yolverilməzliyini qeyd edib. “Fransa kimi ölkələrin Ermənistanı silahlandırmaq və nifaq salmaq siyasəti kökündən yanlışdır. Afrika və digər regionlarda uğursuzluğa düçar olmuş Parisin dağıdıcı planlarını Cənubi Qafqazda həyata keçirmək cəhdləri iflasa məhkumdur. Nə Türkiyə, nə də Azərbaycan buna yol verməyəcək”, – deyə Ayrım bildirib.

Ş.Ayrım 2025-ci ilin Türkiyə, Azərbaycan və bütün türk dövlətləri üçün yeni uğurlar dövrü olacağına ümid etdiyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri