Şamil Ayrım: Türkiyə Qarabağın dirçəlişində Azərbaycana dəstək olur və olacaq
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Qarabağın dirçəlişində Azərbaycana mütləq dəstək olur və olacaq.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi və antiterror əməliyyatları ilə suverenliyini təmin edə bildi.
"Türkiyə həmişə Azərbaycanın yanındadır. Azad olunmuş ərazilərə gedirik, oradakı dağıntıları görürük. Biz heç zaman bu zülmü yaddan çıxarmırıq və həmişə xatırlayacağıq. Qarabağın dirçəlişində isə Azərbaycana mütləq dəstək oluruq və olacağıq”, - Ş.Ayrım vurğulayıb.
O, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə də toxunub. Qeyd edib ki, öz torpaqlarından məcburi şəkildə çıxarılan, qovulan Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ var:
“Bəs dünyanın ədaləti hanı? Qarabağ müharibəsi dövründə Azərbaycan 30 il Minsk qrupu ilə vaxt itirdi. Ermənilər isə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tərəddüd etməməlidirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















