Icma.az
close
up
RU
Şamil Ayrım: Beynəlxalq ictimaiyyət Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalıdır

Şamil Ayrım: Beynəlxalq ictimaiyyət Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalıdır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 22 may, AZƏRTAC

Beynəlxalq ictimaiyyət, insan hüquqları təşkilatları və BMT Qərbi azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdış hüququnu tanımalı və dəstəkləməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfrans çərçivəsində bildirib.

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış tələbi Ermənistana qarşı ərazi iddiası deyildir. “Bu tamamilə tarixi ədalətin bərpası məsələsidir. Bu baxımdan həqiqətlər dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmalıdır. İrəvan və onun himayədarlarının mövzunu təhrif edərək Azərbaycana qarşı istifadə etməsinə imkan verilməməmildir”, - deyə türkiyəli deputat vurğulayıb.

Azərbaycan Prezidenti ilham Əliyevin sülh və davamlı inkişafı təmin etmək üçün yürütdüyü siyasətə diqqət yönəldən Ayrım, “Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olsaydı, Qərbi Azərbaycanla bağlı maddə sülh müqaviləsinin yekun mətnində öz əksini tapardı. Bununla belə qeyd etmək istərdim ki, sülhə gedən yol Ermənistanın öz konstitusiyasını dəyişdirməsindən və ATƏT-in Minsk qrupunun buraxılmasından keçir”, - deyə bildirib.

Türkiyəli siyasətçilərə, elm xadimlərinə və ekspertlərə səslənən Ş.Ayrım, Qərbi Azərbaycana qayıdış məsələsinin bütün platformalarda gündəliyə gətirilməsini istədi.

Yaxın günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönümünün qeyd olunacağını vurğulayan Türkiyə parlamentinin üzvü, “1918-ci ildə yaradılan dövlət müsəlman Şərqinin parlayan ulduzu idi. Azərbaycan bayrağı sadəcə bir millətin deyil, ədalətin, azadlığın və qardaşlığın rəmzidir”, deyə vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri