Icma.az
close
up
RU
Samir Abasov: Bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi

Samir Abasov: Bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda doğma meydanda "Sabah"la 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma "sağ ol" deməyə borcluyam. Çox əziyyət çəkdilər, qaçdılar. Yaxşı şeylər etməyə çalışdılar. "Turan Tovuz"la oyunda xal itirdik, 10 nəfərlə qaldıqda da dominant idik. Özümüz üçün sual verirdik ki, bu oyun necə olacaq? Bu gün daha yaxşı oynayan komanda gördük. İtkilərimiz var idi. Buna baxmayaraq, futboldan, oynadığımız oyundan çox məmnun qaldım. Azarkeşlərimizi başa düşürəm. Nəticə yoxdursa, danışılan sözlər də bəlkə qəbul olunmur. Hamı gözləyirdi ki, birinci oyunda qələbə olacaq. Başa düşürəm. Bir komandanı oyunlara stressiz, təzyiqsiz hazırlamağı bacarırıq. Sadəcə danışa bilmədiyimiz məqam, bizim dilimizi kəsən məqam nəticədir. Bu işi davam etdirəcəyik, daha da yaxşı oynayacağıq. Bəzi epizodlarda meydanda bir komanda var idi, o da "Neftçi" idi. Vurulmayan epizodlar... Onu nə ilə bağlayım, bilmirəm. Yeni qurulan komanda olaraq bu cür rəqiblərə qarşı neçə epizod yarada bilərik? Ümid edirik ki, yaxşı oyunun sonunda yaxşı nəticə olacaq.

- Murad Xaçayev çox yaxşı oynadı. İqor Ribeyro qayıtdıqdan sonra onu və ya Elvin Bədəlovu ehtiyatda görə bilərik?

- Komandaya gələnlərin hamısından məmnunuq. İndi vəziyyət elə gətirdi ki, Xaçayev oynadı. Bütün komandadan razıyam. Elvin və Murad gələndə onların ətrafında nə qədər söhbətlər gedirdi. Elvin də, Murad da çox yaxşı işlər gördülər. Kimin ehtiyatda olacağını deyə bilmərik. Üçü də təki bu formada olsun, biz baş sındıraq ki, kimi oynadaq.

- "Neftçi" rəhbərliyi sizə zaman verəcək?

- Bu suala cavab vermək istəmirəm. Buna cavab verəcək adam mən deyiləm. Çox çətin vəziyyətdəyik. Həmişə çətin olub. İşimiz oynadığımız futbolu daha da yaxşılaşdırmaqdır. Futbolçular ancaq ona kökləniblər. Onlar da yazılanları oxuyurlar, təzyiqi görürlər. Meydançadan kənarda da işlərimiz var ki, onu aşılamağa çalışırıq. Oyunumuzdan çox razıyam. Qol epizodlarını vura bilməməyin izahı məndə yoxdur. 

- Sizcə, Azərbaycan millisinin baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olsa, daha faydalı olar?

- Yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, bizi anlayan, futbolumuzun reallığını dərk edən, oyuna çıxaracaq məşqçi varsa, o da yerlidir. Kim olacaqsa, ona uğurlar arzulayıram, xeyirlisi olsun. 

- Verilməyən penaltini necə şərh edərdiz?

- O məsələ mənim üçün anlaşılmaz qaldı. Referi epizodu görürdü və dərhal penalti verdi. Niyə VAR müdaxilə etdi? Top qapıya gedirdi, futbolçu onu əli ilə blok edirdi. Rəqib futbolçudan sonra heç kim yox idi. Varqasın epizodu da var idi. Ən azından ikisindən biri penalti idi. Əminliklə deyirəm ki, bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi. 

- Konkret futbolçu var ki, gətirəsiz?

- İşimiz dayanmayıb. Daim axtarışdayıq. Bütün transferləri öz üzərimə götürmüşəm. Biz daim axtarırıq. Konkret adlar çəkə bilmərəm. Baxdığımız oyunçular var. Sizi, insanları rahatlaşdırmaq üçün deyilən söz deyil. İnanıram ki, nələrsə çıxacaq.

- "Sabah"ın baş məşqçisi nəticəni ədalətli sayır. Siz necə hesab edirsiz?

- Biz qaib gəlməyə daha çox layiq idik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Sentyabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri