Icma.az
close
up
RU
Samir Abasov: Bu gün iki xal itirdik

Samir Abasov: Bu gün iki xal itirdik

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Neftçi” Misli Premyer Liqasının 2-ci turunda səfərdə “İmişli” ilə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərimizə təşəkkür edirəm. Sona dərə komandanı dəstəklədilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Bu gün iki xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi bizə dəstəyini göstərdi. Yeni komandayıq. Yaxşı işlər görəcəyimizə inanırıq. Buna şübhəmiz yoxdur.

–  Oyun planında nədən narazı qaldız?

– Birinci hissədə narazı qaldım. Oyunun dinamikası aşağı idi. İkinci hissədə tempi qaldırdıq. Bu cür qapalı komandalara qarşı 2-3 fürsət yarada bilərsən. Bassala Sambunun epizodu var idi. Onu dəyərləndirməli idik. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurublar. İkinci hissədə daha istəkli idik. Top itkiləri tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər,onlara minnətdaram.

– Emin Mahmudovun əvəzlənməsinin səbəbi nə idi?

– Emin özü istədi.

– “Neftçi”dən yaxşı nəticələrri nə vaxt tələb etmək olar?

– Komanda olaraq formalaşmışıq. Sadəcə oyunçuların arasında bir az anlaşılmazlıq var. Uşaqlara zaman lazımdır. Futbolçularda istək yüksək səviyədədir, fiziki cəhətdən inkişaf ediblər. Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq.

– İlk iki turda “Şamaxı” və “İmişli” kimi qapanan komandalara qarşı oynadız. Başqa rəqiblər olsaydı, nəticələr fərqli ola bilərdi?

– Düz vurğulayırsız. Müdafiəni qurmaq asandır. Bu, o qədər də güc sərf edən bir şey deyil. Amma “Neftçi”də tələb hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda üçün bunları etmək çətindir. Uşaqların gözündə qələbə istəyi var. Ötən mövsüm hər hücumda qorxurduq ki, qapımızda qol görəcəyik. Bu il bunu aradan qaldırmışıq. Hücumda bir az problem var.

“Neftçi” üçün transfer mövsümü bitib?

– Transfer heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində işləyir. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları pik səviyyəyə çatdırmaqdır.

– Bu meydançada “İmişli” ilə oynamaq çətindir,  yoxsa  öz meydanınızda “Turan Tovuz”la oynaamaq?

– Süni örtükdə oynamaq çox çətindir. “Qarabağ” da burda oynayanda baş məşqçiləri vurğulayır. Meydança futbolçularda narahatlıq yaradır. “Turan Tovuz”a gəlincə,oyundan sonra danışarıq.

–  Əvəzedici komandaya göndərilən Ramil Şeydayev və Ryonosuke Ohorinin aqibəti necə olacaq?

– Biz futbolçulara açıq-aşkar hər şeyi demişik və seçimi onların özlərinə buraxmışıq.

(Sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 22 Avqust 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri