Icma.az
close
up
RU
Samir Abasov: “Xal itirmək bizi üzür”

Samir Abasov: “Xal itirmək bizi üzür”

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Hücumlarımız məntiqi sonluqla başa çatmırdı. Bunun səbəbi nədir? Oyunda üstünlük “Neftçi”nin tərəfində idi. İkinci hissədə rəqibə epizod vermədən, 2 epizod əldə yaratdıq. Ustalıqla bağlı olan şeylərdir. Aleks Fernandesin epizodunda bəxtsizlik oldu. 4-5 qol epizodu yaradırıqsa, bu, yaxşı tərəfimizdir. Xal itirmək bizi üzür”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov “Araz-Naxçıvan” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Hakimlikdən narazı idiz?

– Bəli, çox narazı idim, çox əsəbiləşmişdim. Oyunun gedişatında səbirli olursan, amma epizodlar üst-üstə gələndə emosiyalarımızı saxlaya bilmirik. Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir. Səbəbini deyə bilmərəm. Bugünkü və bundan əvvəlki matçlarda da belə şeylər olurdu, temp öldürmək, bir tərəfli qərarlar. Bu da bizi narahat etməyə başlayıb.

– “Sabah”la matçda hansı dəyişiklik etmək istəyirsiz?

– Öz oyunumuza köklənməliyik. İlk oyun öz meydanımızdadır. Hər şeyi etməyə çalışacağıq. Qorxduğumuz məqamlar var. 2-3 futbolçunu da itirə bilərik. Təki, oyunçular sağlam olsunlar.

– Komandaya gələndən futbolçuları mental olaraq düzəltməyə çalışırsız. Millidən gələn oyunçuların psixoloji durumu daha pis idi?

– Hər bir azərbaycanlı millimiz uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki durumları oradan gələndən sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir. Zədəli-zədəli də Belarusla oyuna buraxmışdılar. Bilmirəm niyə. Belə məqamlar bizi narahat edir. Rzanı itirə bilərik. Elvin Camalov psixoloji durumdan görünürdü  ki, yaxşı deyil. O, burada uduzanda da, çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur.

– “Sabah”la kubok görüşü haqda nə düşünürsüz? Sizi narahat edən nəsə var?

– Oyunqabağı neqativ bir şey yoxdur. Sabahdan həmin oyuna hazırlaşacağıq. Oyunçular barədə fərdi danışmaq istəmirəm. Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun qırmızısı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir. “Nottingem Forrest” – “Mançester Siti” görüşündə epizod oldu, hakim heç sarı vərəqə də göstərmədi.. Sambuya iki oyun cəza niyə verildi? Məqsəd nə idi? Mənim üçün qaranlıq qalır. Bilməyəcəm də niyə belə oldu. Fakt odur ki, yersiz yerə oyunçumuzu itirdik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 29 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri