Icma.az
close
up
RU
Samir Abasov: Bu gün udmaq üçün hər şeyi etdik

Samir Abasov: Bu gün udmaq üçün hər şeyi etdik

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Oyunçularımız istədiyimiz oyunu göstərir və belə davam etmələrini istəyirik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Turan Tovuz”la 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis oyuna yaxşı başladıqlarını bildirib: “Rəqib azlıqda qalmamışdan əvvəl də yaxşı başlamışdıq. İstədiklərimizi futbolçular yerinə yetirirdi. Oyunda sürət və dinamika var idi. “Turan Tovuz” çoxlu oyunçu ilə müdafiə olundu və bu bizə çətinlik törətdi. İkinci hissədə daha istəkli çıxış etdik. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan, rəqibin 10 nəfərlə də, 11 nəfərlə də eyni oynadığını gördükdə, planlar olduğu kimi gedir”.

Samir Abasov komandasının hədəfləri haqda söz açıb: “Premyer Liqadan əsla qopmamışıq. Həm çempionata, həm də kuboklara köklənmişik. Oyunçularımız istədiyimiz oyunu göstərir və belə davam etmələrini istəyirik. Bu gün udmaq üçün hər şeyi etdik. Daha artığını etməyimizi istəyirsinizsə, bu ani olacaq bir şey deyil”.

Baş məşqçi komandasının sona qədər döyüşdüyünü vurğulayıb: “Son dəqiqədə vurulan qol biraz bizi üzdü. Çalışırıq ki, oyunun pozitiv hissələrini özümüzə götürək. Düşünürəm ki, komandam sona kimi döyüşdü. Xarakteri olmayan komanda bunu necə edə bilər? Yaxşı xarakterimiz var və daha da yaxşısını edəcəyik. “Neftçi”nin ətrafında mənfilik axtarırsınızsa, bunun sonu yoxdur. Bu komandanın oyun üslubu belədir. Bunu daha yaxşı formalaşdırmaq üçün daha kreativ oyunçulara ehtiyacımız var”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Mart 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri