Icma.az
close
up
RU
Samir Abasov: Hər şeyi açıq danışa bilmirəm VİDEO

Samir Abasov: Hər şeyi açıq danışa bilmirəm VİDEO

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXX turunun "Neftçi" - "Zirə" matçından (2:4) sonra ev sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

- "Neftçi" hesabda 3:0, 4:0 olanda da azarkeşlər oyunun sonunu gözləməyə qorxurlar. Yayda qurulan komandanın gücü bir hissəyə çatır? Siz hesabda irəlidə ola-ola uduzmağı nə ilə əlaqələndirirsiz?
- Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsüz? Çox çətin prosesdir. Mən hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq, Ağadaş Salyanski də təkbətək çıxıb, qırmızı vərəqə aldıra bilərdi. Rəqibin hər etdiyi hücum təhlükəli epizodlarla bitir. bizdə əks nüanslar çoxdur. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birəbirləri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Özümüzə təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Kubokdakı matça hazırlaşmalıyıq. O oyunda daha başqa motivasiya ilə oynamalı, karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Zaman göstərəcək. Bildiyimiz şeylərdi başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu sezon çox çətin görünür. Çox olan şeyləri mətbuat konfransında açıb deyə bilmirik. 

- "Sabah"a kubokda geridönüşə inanırsız?
- İnanıram."Turan Tovuz"la oyundan sonra "Sabah" da kuboku son çıxış yolu kimi baxırlar. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.

- Azarkeşlərlə də görüşmədiz. Bütün bunların sonunda özünüzün bu məğlubiyyətlərdə rolunuzu görürsüz?
- Çox yaxşı sualdır. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaşxı yolu özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Bütün baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmə gəlirik, problemli komandanı götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər. Özünü tənqidimiz yüksəkdir. Bu cür faciə olan oyunlarda...Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.

- Rəşad Sadıqov bildirirdi ki, samir Abasov yaxşı komadna hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiz?
- Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir ki, o yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətrirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan isnanlar var. Rəşad kimi. Az olsaq da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.

- “Sumqayıt”ın büdcəsi “Neftçi”dən aşağıdır, ora daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa “Neftçi”nin futbolçuları ilə?Ümumiyyətlə, “Neftçi” səviyyəsində, iddialı olacaq kollektiv yığışıb?
- “Neftçi”də işləmək “Sumqayıt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatçılıq var. Hər oyundan sonra kritik hadisələr baş verir. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci ildən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, göz qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir. 
Sumqayıtda da yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən getdik. Sonra Konfrans Liqasına da getdik. Bu il də belə olacaq. “Neftçi”də çətin olsada, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, xeyr iddialıdan uzaq komandayıq.

Elmar Baxşıyev: “Hər şey özümüzdən asılıdır” Tovuzda qolsuz sülh - YENİLƏNİB Ramin Quliyev: "Neftçi" və "Sabah" arasında mübarizə amansız olacaq" Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim" Günün matçları bu kanallarda - Siyahı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Aprel 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri